UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2019-cu ilin sentyabr ayı üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2019-cu ilin sentyabr ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2019-cu ilin oktyabr ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz

2019-cu ilin sentyabr ayında həyata keçirilmişdir:

  • BMT İP-QEF Kür II layihəsinin 6 ay müddətinə əlavə xərcsiz uzadılmasına dair təsdiq alınmışdır
  • BTM Azərbaycan və Gürcüstandakı BMT Ölkə Ofisinin Rezident Nümayəndələrinə layihə fəaliyyətləri barədə məlumat vermiş və əlaqəli kommunikasiya strategiyasını müzakirə etmişdir
  • 9-13 sentyabr 2019-cu il tarixlərində Azərbaycanda (21 iştirakçı) və Gürcüstanda (17 iştirakçı) ümumilikdə 38 nəfərlik iştirakçı olmaqla ətraf mühit üzrə müfəttişlər  üçün Daha Təmiz İstehsal Prinsipləri mövzusunda təlim keçirilmişdir
  • 9-13 sentyabr 2019-cu il tarixlərində Azərbaycanda (17 iştirakçı) və Gürcüstanda (15 iştirakçı) ümumilikdə 31 nəfərlik iştirakçı olmaqla Hidro-İqtisadi Modelləşdirmə mövzusunda təlim keçirilmişdir
  • Çirklənmənin Azaldılması Planları nümayiş layihəsinin müzakirəsi üçün Azərbaycan və Gürcüstanda Ekoloji Yoxlama və Ekoloji Audit üzrə İclas keçirilmişdir
  • 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın Bakı şəhərində 11 nəfərlik iştirakçı, 20 sentyabr 2019-cu il tarixində Gürcüstan isə 8 nəfərlik iştirakçı ilə Milli Layihə Məşvərət Qrupunun iclasları keçirilmişdir
  • 17 sentyabr 2019-cu il tarixində Azərbaycanın Bakı şəhərində 6 nəfərlik iştirakçı ilə Birgə İstifadə olunan Su Keyfiyyət Göstəriciləri üzrə, 19 sentyabr 2019-cu il tarixində Gürcüstanın Tbilisi şəhərində 9 nəfərlik iştirakçı ilə Su Ehtiyatlarının İdarə Edilməsi üzrə Regional İşçi Qrupunun iclası keçirilmişdir
  • Hər iki ölkədə çirkləndirici qurğular üçün Auditin keçirilməsi Yoxlama Siyahısı və İlkin Monitorinq Proqramı hazırlanmışdır
  • 23-24 sentyabr 2019-cu il tarixlərində Azərbaycanda 25 nəfərlik iştirakçı ilə CİS təliminin II bloku keçirilmişdir
  • Gürcüstanın Qori şəhərində Bələdiyyə sektorunda Sudan Səmərəli İstifadə ilə bağlı nümayiş layihəsinin açılış mərasimi üçün hazırlıqlar aparılmışdır
  • 24 sentyabr 2019-cu il tarixində Azərbaycanın Saatlı rayonundakı Cəfərxan Meliorasiya Elmi Təcrübə Stansiyasında 37 nəfərlik iştirakçı ilə Kənd Təsərrüfatı sektorunda Sudan Səmərəli İstifadə çərçivəsində Damcılı Suvarma Pilot Layihə Ərazisinin Açılış Mərasimi keçirilmişdir
  • Azərbaycanda Dövlət/Özəl Tərəfdaşlıqları üçün H2Otel Təlimlərinə başlanılmışdır
  • BMT İP-QEF Kür II layihəsində QEF-in ən yaxşı təcrübələrindən biri kimi inkişaf etdirilən və BS katibliyinə göndərilən konsepsiya qeydi hazırlanmışdır
  • Sosial Marketinq Kampaniyası haqqında Tərəfdaşlıq və Kommunikasiya, Regional Mərkəzdəki QEF həmkarları və digər nümayəndələr ilə görüşmək üçün BMT İP İRM-ə baş çəkilmiş və BMT Təhlükəsizlik Təşkilatı ilə Qadınların Təhlükəsizliyi Mövzusunda Təlimlərdə iştirak edilmişdir

2019-cu ilin oktyabr ayında həyata keçirilməsi planlaşdırılır:

  • 2 oktyabr 2019-cu il tarixində Gürcüstanın Qori şəhərində QHT-ları ilə birlikdə "Hamı üçün su" Bələdiyyə Sektorunda Sudan Səmərəli İstifadə üçün maarifləndirmə kampaniyasının açılış mərasiminin keçirilməsi
  • Azərbaycan və Gürcüstandakı fermerlər üçün Kənd Təsərrüfatı Sektorunda Sudan Səmərəli İstifadə çərçivəsində Damcılı Suvarma Metodunun Tətbiqi üzrə Təlimin keçirilməsi
  • 7-11 oktyabr 2019-cu il tarixlərində Azərbaycan və Gürcüstanda Çay Ekologiyası üzrə təlim sessiyasının III blokunun keçirilməsi
  • Azərbaycan və Gürcüstanda Ekoloji Axın Metodologiyası Tətbiqinə dair Aralıq Seminarların təşkil olunması
  • 9 oktyabr 2019-cu il tarixində Azərbaycanda H2Otel Suya Qənaət Mükafatlarının verilməsi təliminə başlanılması
  • 14-18 oktyabr tarixlərində Azərbaycan və Gürcüstanda Çirklənmənin Azaldılması üzrə təlim sessiyasının II blokunun keçirilməsi
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycanın Saatlı və Hacıqabul rayonlarında Qadın və Su mövzusunda təlimlərin keçirilməsi
  • 21-25 oktyabr 2019-cu il tarixlərində Azərbaycan (III Blok) və Gürcüstanda (I Blok) Su İdarəçiləri üçün CİS təlimlərinin keçirilməsi
  • BMT İP-QEF Kür Layihəsini Brisbane Avstraliyadakı Beynəlxalq Çay Simpoziumunda QEF BS TDT/ SFP Metodologiyası üçün bir nümunə olaraq QEF BS-ın Ən Yaxşı Tətbiqləri üçün bir paneldə təqdim edilməsi
  • 29 Oktyabr 2019-cu il tarixində Gürcüstanın Kaxeti şəhərində Kənd Təsərrüfatı sektorunda Sudan Səmərəli İstifadə çərçivəsində Damcılı Suvarma Nümayiş Layihəsinin açılış mərasiminin keçirilməsi
  • Gürcüstanın Tsalka şəhərində Kənd Təsərrüfatı sektorunda Sudan Səmərəli İstifadə çərçivəsində Damcılı Suvarma Sisteminin quraşdırılmasının başa çatdırılması
  • Alazan(Qanix)-Iori(Əyriçay) hövzəsində yeraltı suların onlayn monitorinq sisteminin quraşdırılması üçün texniki təkliflərin qiymətləndirilməsinin başa çatdırılması və müqavilənin qalib şirkətə verilməsi
  • 30-31 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın Bakı şəhərində YUNESKO-nun nəzdində Beynəlxalq Yeraltı Su Tədqiqatları və Qiymətləndirmə Mərkəzi tərəfindən transsərhəd yeraltı suların monitorinqi ilə əlaqədar Azərbaycan və Gürcüstan nümayəndələri üçün regional təlimin keçirilməsi
  • 28 Oktyabr-1 Noyabr 2019-cu il tarixlərində Azərbaycan və Gürcüstanda Su Qanunlarının İcrası üzrə təlim sessiyasının II blokunun keçirilməsi
  • Layihə internet səhifəsinin  (http://www.kura-river.org): IW: LEARN and GRID Arendal birgə yenilənməsi