UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Layihənin Qısa İcmalı: Komponentlər üçün nəticələr

Kür çayı hövzəsi geosiyasi baxımdan mürəkkəb region olan Cənubi Qafqazın əsas transsərhəd su sistemidir. Layihənin iştirakçı ölkələri Azərbaycan və Gürcüstan əhəmiyyətli siyasi və iqtisadi dəyişikliklərdən keçmiş və hazırda çoxsaylı müxtəlif sahələrdə irəliləyiş əldə etməklə sürətlə inkişaf edirlər. Azərbaycan və Gürcüstan Kür çayı hövzəsinin 94.760 kvadrat kilometrini, faiz ifadəsi ilə 88%-ni əhatə edirlər. Bu iki ölkə su ehtiyatlarının inteqrasiyalı transsərhəd idarə olunması istiqamətində əməkdaşlıq üçün ciddi səy nümayiş etdirmişdir.

BMTİP-GEF Kür Layihəsinin əvvəlki mərhələsində (2011-2014) ölkələr Kür çayı hövzəsi üçün aşağıdakı əsas trans-sərhəd problemlərini müəyyənləşdirdilər:

- hidroloji axınlarda dəyişiklik,
- suyun keyfiyyətinin pisləşməsi,
- ekosistemin deqradasiyası,
- iqlim dəyişikliyi ilə əlaqədar baş verən daşqınlar

2014-cü ilin may ayında Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Naziri və Gürcüstanda Ətraf Mühitin və Təbii Sərvətlərin Mühafizə Naziri milli prioritetlərə və kritik ehtiyaclara əsaslanaraq inteqrasiya edilmiş su ehtiyatlarının idarə olunmasına (SEİİ)  uyğunlaşma üçün Kür çayı hövzəsinin Strateji Fəaliyyət Planını (SFP) imzaladılar. Qlobal Ekoloji Fond (QEF) Azərbaycan və Gürcüstanda 4 illik layihənin həyata keçirilməsi və icrası, eləcə də Layihə ofisləri və SEİİ Tədris Mərkəzləri üçün BMTİP İstanbul Regional Mərkəzinə dəstək olmaq məqsədilə ölkələrə 5.3 milyon ABŞ dolları məbləğində qrant verdi. Layihə, hövzədəki 190 milyon ABŞ dollarından çox birgə maliyyələşdirməyə və SFP-ın prioritet ehtiyaclarına yönəlmişdir. SFP-ın məqsədlərinə aşağıdakılar daxildir: Təkmilləşdirilmiş hidroloji idarəetmə; Su ehtiyatlarınındaki itkilərin azaldılması; Suyun keyfiyyətinin yaxşılaşdırılması proqramları; Çirklənmənin azaldılması və qarşısının alınması; Suyun keyfiyyət standartlarının uyğunlaşdırılması; Çay ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi; Çay ekosistemlərinin qorunması və bərpası; İnkişaf planlamasında çay ekosisteminin qorunmasını əsaslandırmaq; Daşqınlar və quraqlıq nəticəsində yaranan ziyanların azaldılması; və İqlim dəyişikliyinin uyğunlaşma.

Bu məqsədə çatmaq üçün prioritet olaraq aşağıdakı komponentlər seçilmişdir:

1. Təkmilləşdirilmiş SEİİ protokolları
2. SEİİ-nin peşəkar potensialının gücləndirilməsi
3. Kritik sahələrdə stresin azaldılması
4. Hədəflənən təhsil və maraqlı Tərəflərin cəlb edilməsi
5. İdarəetmə üçün təkmilləşdirilmiş elm

Bu layihənin işıqlandıracağı bir çox mövzu var, bunlara daxildir: AB Su Çərçivə Direktivinə (AB SÇD) uyğunlaşma; iqlim dəyişikliyinə uyğunlaşma; Azərbaycan və Gürcüstan daxilində və sahələrarası koordinasiya və əməkdaşlıq; çirklənmənin azaldılması; gender əsaslandırılması; Minilliyin İnkişaf Məqsədlərinə cavab vermək; dövlət və özəl tərəfdaşlığının qurulması; və Kür Hövzəsində davamlı inkişafa diqqət çəkmək.

Komponentlər üçün nəticələr:

Nəticə 1: SEİİ-nin gücləndirilmiş tətbiqi üçün Kür çayı hövzəsi daxilində harmonizasiya edilmiş regional, milli və yerli qanunlar, siyasət və  qaydalar, o cümlədən ətraf mühit, kənd təsərrüfatı, bələdiyyə və sənaye sektorları ilə harmonizasiya edilmiş sektorlararası koordinasiya 


Nəticə 1.1 Ekoloji axınların hesablanması metodologiyası üzrə yenilənmiş qaydalar 
Nəticə 1.2 Təkmilləşdirilmiş protokolların su axını idarəetməsi üzrə tənzimləyici strategiyaları    
Nəticə 1.3 Çay Hövzəsinin İdarə Olunması Təşkilatı və yerli orqanlar üçün institusional dəstək 
Nəticə 1.4 Əsas maraqlı tərəflər ilə hazırlanmış çirklənmənin azaldılması planları. 
Nəticə 1.5 Milli və transsərhəd səviyyələrdə sektorlararası su siyasətinin koodinasiyasına və harmonizasiyasına dəstək 

Nəticə 2: Milli SEİİ planlarını uğurlu şəkildə razılaşdırmaq və həyata keçirmək üçün sahələr üzrə məsul nazirliklərdə və digər orqanlarda kadr potensialının gücləndirilməsi


Nəticə 2.1 Müxtəlif hədəf qrupları üzrə SEİİ mütəxəssisləri üçün kadr potensialının artırılmasına dair təlim proqramları
Nəticə 2.2 Çay hövzəsinin idarə olunmasına dair planları icra etmək məqsədilə təşkilatlarda kadr potensialının artırılması
Nəticə 2.3 Su qanunvericiliyi və qaydalarının icrasının təmin edilməsi məqsədilə potensialın gücləndirilməsi 
Nəticə 2.4 Gücləndirilmiş potensial üzrə informasiyanın idarə olunması,  Su Ehtiyatlarının İnteqresiyalı İdarə olunmasında qərar qəbul etməni dəstəkləmək məqsədilə məlumatların təhlili 

Nəticə 3:  çay sisteminin məqbul səviyyədə olmasını təmin etmək üçün investisiya imkanlarını dəstəkləmək baxımından kritik sahələrdə gərginliyin azaldılması və  ilkin texniki-iqtisadi əsaslandırma


Nəticə 3.1 Müxtəlif sahələr üzrə faktiki su itkilərini azaltmaq üçün müasir texnologiyalar 
Nəticə 3.2 Çirklənməyə qarşı mübarizə planlarında müəyyən edilmiş seçmə layihələr üçün ilkin texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi. 
Nəticə 3.3 Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsindən  istifadə etməklə ekoloji sistemin təkmilləşdirilməsi üçün çayın bərpası layihələri 

Nəticə 4: Akademik, vətəndaş cəmiyyəti, özəl sektor və yerli icmalar daxil olmaqla maraqlı tərəflərin yerli və regional  Su Ehtiyatlarının İnteqresiyalı İdarə olunması (SEİİ) proqramlarına və innovasiyalara cəlb olunmasını artırmaq məqsədilə maarifləndirilməsi.


Nəticə 4.1 Maraqlı tərəflərlə işləmək üçün müxtəlif peşəkar  Su Ehtiyatlarının İnteqrasiyalı İdarə olunması (SEİİ) üzrə təlimçi komandası 
Nəticə 4.2 Su Ehtiyatlarının İnteqrasiyalı İdarə olunması (SEİİ) üzrə  illik akademik  konfranslar 
Nəticə 4.3 Su idarəçiliyində sosial marketinq kampaniyalarının rolunu dərk edən maraqlı tərəflərin təsirini artırmaq məqsədilə sosial marketinq kampaniyalarına səlahiyyətin verilməsi 
Nəticə 4.4 Su ehtiyatları ilə əlaqədar iqlim dəyişikliyinə uyğunlaşma üçün yerli müsabiqələr və yerli maraqlı tərəflərin innovasiyalarının regional səviyyədə nümayişi   
Nəticə 4.5  Beynəlxalq Sular üzrə Öyrənmə, Mübadilə və Resurs Şəbəkəsi fəaliyyətləri vasitəsilə layihəyə dair informasiya və paylaşılan təcrübələr dəstəklənmişdir 

Nəticə 5: Su Ehtiyatlarının İnteqrasiyalı İdarə olunması üzrə (SEİİ) monitorinq, informasiya idarəçiliyi və məlumatların təhlili sistemlərinin gücləndirilməsi vasitəsilə idarəçiliyin dərinləşdirilməsi.

Nəticə 5.1  Yeraltı və yerüstü suların coğrafi yayılması və mövsümi dəyişikliklərin müasir formada qiymətləndirilməsinin təkmilləşdirilməsi 
Nəticə 5.2 Müxtəlif sektorlarda istifadə olunan su vahidinin iqtisadi və sosial faydalarının qiymətləndirilməsi 
Nəticə 5.3 Çay sisteminin mərhələli ekoloji qiymətləndirilməsi 
Nəticə 5.4 Milli və transsərhəd səviyyələrdə  Su Ehtiyatlarının İnteqresiyalı İdarə olunması üzrə əsaslı qərar qəbul etmək məqsədilə məlumatların və informasiya mübadiləsinin dəstəklənməsi üçün mövcud protokollar.