UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Komanda

Meri Metyuz - Baş Texniki Məsləhətçi və Regional Layihə Koordinatoru
Dr. Meri Metyuz BMTİP-QEF Beynəlxalq Sular Kür çayı hövzəsi boyunca SEİİ-i təkmilləşdirmək üzrə Kür II layihəsinin Baş Texniki Məsləhətçisi və Regional Layihə Koordinatorudur. 2001-ci ildən bəri o, BMTİP-QEF, UNEP, Aİ, Dünya Bankı və ikitərəfli donorlar üçün Afrikada, Asiyada, Avropada, Mərkəzi Asiyada və Karib dənizi bölgəsində maraqlı tərəflər üzrə analitik, siyasət strateq, institusional ekspert, sosial-iqtisadi ekspert, layihə rəhbəri, layihə regional koordinatoru və digər başqa vəzifələrdə çalışmışdır.

Əhməd Abou Elseoud Əhməd - Bacarıqların İnkişaf Etdirilməsi Üzrə Layihənin Aparıcı Koordinatoru
Əhmədin su resursları və ekoloji idarəetmənin bütün mərhələ və sahələrində 28 ildən çox təcrübəsi var. O, Qahirə Mühəndislik Universitetindən 1983-cü ildə mülki mühəndis kimi məzun olub və ABŞ-ın Utah Dövlət Universitetində 1994-cü ildə Su və Ətraf Mühit Mühəndisliyi üzrə magistr dərəcəsi qazanıb. Sonra o, 1999-cu ildə Qahirədə Amerikan Universitetini Ekoloji mühəndislik üzrə professional diplom ilə bitirib.

Sona Quliyeva- Regional Kommunikasiya Meneceri
Sona BMT-nin İnkişaf Proqramının (BMTİP) bir çox layihələrində iştirak etmişdir. O, öz bakalavr dərəcəsini tərcüməçilik üzrə Azərbaycan Dillər Universitetindən, magistr dərəcəsini isə Rusiya Federesiyasının Xalqların Dostluğu Universitetindən əldə etmişdir. O, öz doktorantura təhsilini 1998-2000-ci illərdə Gender İnkişafı və Beynəlxalq Təşkilatların rolu üzrə Azərbaycan Dillər Universitetindən qazanmışdır.

Maia Oçigava- Layihənin Maliyyə və İnzibati məsələlər üzrə məsul işçisi
Maia ətraf mühitin idarəedilməsi və siyasət üzrə təlim keçmişdir və 22 ildən çoxdur ki, dövlət, QHT, beynəlxalq QHT-lər, beynəlxalq şirkətlər və beynəlxalq donorlar sahəsində çalışmışdır. Onun fəaliyyətinə beynəlxalq ozon layihələrinə, Qara dəniz və Kür çayı hövzəsinin idarəolunması layihələrinə dəstək vermək, ətraf mühitlı bağlı maarifləndirmə və icma qurulması ilə bağlı ictimaiyyətin məlumatlandırılması daxildir.

Həcər Hüseynova- Regional Layihə Analitiki
Həcər öz magistr dərəcəsini Diplomatiya və Beynəlxalq münasibətlər üzrə 2014-cü ildə ADA Universitetindən, bakalavr dərəcəsini də Beynəlxalq Münasibətlər üzrə Bakı Slavyan Universitetindən almışdır. O, ADA universitetinin bərpa edilə bilən enerji, su-enerji əlaqəsi, Azərbaycanın su potensialı və ölkədəki digər ekoloji problemlər üzrə ixtisaslaşmış Enerji və Ətraf Mühit üçün Kaspi Mərkəzində tətqiqat köməkçisi kimi çalışmışdır.

Elçin Məmmədov- Layihənin Azərbaycan üzrə Milli Koordinatoru
Elçin 1998-ci ildə Biologiya və Kimya üzrə dərəcəsini Bakı Dövlət Universitetindən almışdır. O, öz doktorantura təhsilini 1999-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunda almış və İxtiologiya və Hidrobiologiya sahəsində doktorantura dərəcəsi qazanmışdır. O, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetindən Dünya İqtisadiyyatı üzrə dərəcə almışdır.

Maka Julaqidze – Layihənin Gürcüstan üzrə Milli Koordinatoru
Maka Julaqidze Kür çayı hövzəsi boyunca SEİİ həyata keçirən BMTİP-QEF Beynəlxalq Sular Kür II Layihəsində milli koordinator vəzifəsində çalışır. Maka Tbilisi Dövlət Universitetindən məzun olmuşdur, eyni zamanda hüquq sahəsində magistr dərəcəsi qazanmışdır.

Lana Manjgaladze- Layihənin Gürcüstan üzrə məsul işçisi
Lana Tiflis, Gürcüstanda doğulub və İstanbul, Türkiyədə 16 il yaşayıb. Lana orta təhsilini İstanbuldakı Britaniya Beynəlxalq Məktəbində alıb və qlobal dünyanın nizamında YUNESKO-nun rolu haqqında dissertasiyasını uğurla tamamlayaraq İstanbul Bilgi Universiteti və Portsmouth Universitetini Beynəlxalq Münasibətlər üzrə bitirmişdir.

İlahə İbrahimova – Layihənin Azərbaycan üzrə məsul İşçisi
İlahə İbrahimova BMTİP-QEF Beynəlxalq Sular Kür II Layihəsinin Azərbaycan üzrə məsul işçisidir. Azərbaycan Dövlət İqtisad Universitetindən Beynəlxalq Münasibətlər ixisası üzrə məzun olmuşdur. İnzibati/logistika və maliyyə ilə bağlı iş mühitinə tanışdır.