UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2019-cu ilin noyabr və dekabr ayları üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2019-cu ilin noyabr ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayları üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz

2019-cu ilin noyabr ayında həyata keçirilmişdir:

  • 6-8 noyabr tarixlərində Azərbaycanda Qalaaltıda 3-cü Regional Layihə Məşvərət Qrupunun iclası keçirilmişdir. Görüşə regiondan 39 nəfər iştirakçı qoşulmuşdur.
  • 13 noyabr 2019-cu il tarixində Gürcüstanın Kaxeti şəhərində Kənd Təsərrüfatı sektorunda Sudan Səmərəli İstifadə çərçivəsində Nümayiş Layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, BMTİP, Gürcüstan Meliorasiya İdarəsi və digər maraqlı tərəfləri təmsil edən 33 nəfər nümayəndə iştirak etmişdir. Tədbir layihənin veb səhifəsində, sosial media hesablarında, BMT İnkişaf Agentliyinin və Nazirliklərin internet səhifələrində işıqlandırılmışdır.
  • Gürcüstanın Qori şəhərində 30 müəllim üçün "Su hamı üçün" maarifləndirmə kompaniyası çərçivəsində şəhər su təchizatı sektorunda Sudan Səmərəli İstifadə mövzusunda təlim keçirilmişdir.
  • 14-19 noyabr tarixlərində Su İdarəediciləri üçün CİS üzrə üçüncü təlim bloku Azərbaycanda və eyni təlimin ikinci bloku Gürcüstanda keçirilmişdir. Təlimə Azərbaycandan 18, Gürcüstandan isə 10 iştirakçı qoşulmuşdur. Təlim layihənin sosial media hesablarında işıqlandırılmışdır.
  •  Azərbaycan və Gürcüstanda ekoloji axımla bağlı 6-cı monitorinq kompaniyası aparılmışdır. Səfər  layihənin sosial media hesablarında və veb səhifələrində işıqlandırılmışdır.
  • Noyabrın 18-də Gürcüstandakı fermerlər üçün Kənd Təsərrüfatında Sudan Səmərəli İstifadə çərçivəsində Damcılı Suvarma Metodunun tətbiqi üzrə təlim keçirilmişdir. Təlimə 15 iştirakçı qoşulmuşdurr. Təlim layihənin sosial media hesablarında işıqlandırılmışdır.
  • Azərbaycanın Şirvan şəhərində Bala Hacıqabul gölündə qurulmuş süni bataqlıq ərazisindəki Çayın Bərpası ilə bağlı nümayiş layihəsi ilə bağlı ilkin görüş keçirilmişdir.
  • Azərbaycan və Gürcüstanda əsas çirkləndirici qurğularda ətraflı ekoloji audit aparılmışdır.
  • 25-29 noyabr tarixlərində Azərbaycanda və Gürcüstanda Hidroloji Modelləşdirmə üzrə sonuncu – 3-cü mərhələ təlimləri keçirilmişdir. Təlimə Azərbaycandan 12, Gürcüstandan 6 iştirakçı qoşulmuşdur.
  • Azərbaycan Turizm Sammitində iştirak edilmişdir.

2019-cu ilin dekabr ayında həyata keçiriləcək tədbirlər:

  • Əsas çirkləndirici göstəricilər (OBT5, Nitrat, Nitrit, Ammonium, Fenol və Ağır Metallar)  üçün su nümunəsini və metodologiyasını uyğunlaşdırmaq məqsədilə Azərbaycan Laboratoriya Mərkəzi nümayəndəsinin Atmosfer Havası, Su və Torpaq Analizinin Gürcüstan Milli Ətraf Mühit Agentliyinə təlim səfərinin təşkil edilməsi;
  • Azərbaycanın Şirvan şəhərində süni inşa edilmiş bataqlıq ərazisi ilə bağlı maraqlı tərəflərlə maarifləndirmə və icmalarla görüşlərin keçirilməsi;
  • 2-6 dekabr 2019-cu il tarixlərində Azərbaycan və Gürcüstanda Hidro-İqtisadi Təlim Blokunun II sessiyasının keçirilməsi;
  • Azərbaycan Otellər Birliyi ilə birlikdə Azərbaycanda H2Otel Suya Qənaət mükafatlarının və “Gürcüstan Beynəlxalq Turizm Mükafatlarına Xoş Gəlmisiniz” adı altında Gürcüstanda təntənəli təqdimatın keçirilməsi;
  • Suramula çayı üzərində inşası planlaşdırılan süni bataqlıq layihəsini müzakirə etmək üçün Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində çay bərpası nümayiş layihəsi ilə bağlı maraqlı tərəflərin görüşündə iştirak edilməsi;
  • 9-10 dekabr tarixlərində Gürcüstanda Su Menecerləri üçün CİS üzrə üçüncü təlim Blokunun keçirilməsi;
  • Azərbaycan Sahə Monitorinqi, Nəzarət Mütəxəssisi və İnşaat Mühəndisi vəzifəsinə iki yeni mütəxəssisin işə götürülməsi;
  • Azərsu ASC ilə birgə elmi-praktik konfransın planlaşdırılması;
  • Beynəlxalq Turizm Tərəfdaşlığı və “Yaşıl Otelçilər” tərəfindən H2Otel mükafat qaliblərinin təqdimatı.

2020-ci ilin yanvar ayında həyata keçirilməsi planlaşdırılır:

  • Azərbaycan və Gürcüstanda ekoloji axımla bağlı 7-ci monitorinq kompaniyasının aparılması.
  • Beynəlxalq Ətraf Mühit İqtisadiyyatı hesabatlarının milli dillərə tərcümə edilməsi.
  • Hidro Qəhrəmanlar Suya Qənaət mobil proqramına hazırlıqlar.
  • “Kür qutusu”nun əlavə nüsxələrinin ingilis və milli dillərdə çap etdirilməsi.
  • Su Kəmiyyətinin İdarə Edilməsi üzrə Regional İşçi Qrupunun işini dəstəkləmək üçün onlayn monitorinq avadanlığının göndərilməsi.
  • Milli Əlaqələndiricilər və BMTİP Ölkə Ofisi ilə görüş.
  • Beynəlxalq Sular (I:W) üçün videoların hazırlanması: şirin su məsələlərinin öyrənilməsi.
  • Kür II Layihə Komandası ilə Strateji Planlaşdırma iclasının keçirilməsi.
  • 4-8 fevral 2020-ci il tarixlərində keçiriləcək Milli Layihə Məşvərət Qrupu və Regional İşçi Qrupu iclasları üçün hazırlıqlara başlanılması.
  • Əsas çirkləndirici göstəricilər (OBT5, Nitrat, Nitrit, Ammonium, Fenol və Ağır metallar) üçün su nümunəsini və metodologiyasını uyğunlaşdırmaq məqsədilə Gürcüstan Milli Atmosfer Havası, Su və Torpaq Analizinin Agentliyi nümayəndəsinin Azərbaycan ETSN-nin Mərkəzi Laboratoriyasına səfərinin təşkili üçün hazırlıqlara başlanılması.