2020-ci ilin Avqust-Sentyabr ayları üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2020-ci ilin avqust ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2020-ci ilin sentyabr ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz
2020-ci ilin avqust ayında həyata keçirilmişdir:
- Komiks kitablarının ikinci nəşri hazırlanmışdır.
- “Kür Boğçası” əsasında hər iki ölkə üçün onlayn tədris materiallarının hazırlanması üzrə Gürcüstanın “Mindworks” şirkəti ilə görüş keçirilmişdir.
- Azərbaycanda onlayn yeraltı monitorinq nöqtələrinin yaradılması üçün Qax-Balakən bölgəsinə sahə səfəri təşkil edilmişdir.
- Azərbaycan və Gürcüstanda Kür çayı hövzəsinə Ekoloji Axım komandasının 10-cu kampaniyası baş tumuşdur.
- CİS məlumat bazasının təkmilləşdirilməsi və məlumat bazasını istifadəsi üzrə ETSN heyətinə təlim keçirilmişdir.
- Şirvanda süni bataqlığın daş və çınqıllarla doldurulması başa çatmışdır.
- Gürcüstanın Krtsanisi parkında giriş nasos stansiyasını günəş panellərindən əldə olunan enerji ilə təmin etmək üçün istifadə olunacaq kabel şəbəkəsinin tikintisi başa çatmışdır.
- “Su Qəhrəmanları” mobil tətbiqi əlavə məlumatlarla zənginləşdirilmişdir.
- Su idarəçiliyində müxtəlif su tariflərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübələr haqqında hesabatın ilkin və yekun versiyaları hazırlanmışdır.
- Azərbaycanda su idarəçiliyində müxtəlif su tariflərinin tətbiqi ilə bağlı fəaliyyət planı üzrə hesabat hazırlanmışdır.
- Layihənin İdarə Heyətinin qərarı ilə COVİD pandemiyası səbəbilə layihənin əlavə maliyyə ayrılmadan uzadılması üçün plan hazırlanmışdır.
- Benefisiar Nazirliklərdə Əlaqələndirici Şəxslərə sosial marketinq kampaniyası materialları göndərilmişdir.
- 2020-2022-ci illər üçün Azərbaycanda Su idarəçiliyi üçün Faəliyyət Planını müzakirə etmək üçün Aİ ST+, SEİS layihələri və ETSN ilə görüş baş tutmuşdur.
2020-ci ilin sentyabr ayında aşağıdakıların həyata keçirilməsi gözlənilir:
- Su idarəçiliyində fərqli tarif planının tətbiqi ilə bağlı beynəlxalq təcrübələrə dair hesabatvə Azərbaycanda su idarəçiliyində fərqli tarif planının tətbiqi üçün fəaliyyət planı üzrə Yol Xəritəsi tərcümə olunaraq ETSN-ə təqdim olunması
- Hər iki ölkə üçün “Kür Boğçası” əsasında onlayn tədris materiallarının hazırlanması, eləcə də müəllim və şagirdlər üçün videoların təsdiq olunması ilə bağlı “Mindworks” şirkəti ilə görüşlərin keçirilməsi
- Keyfiyyətli təkliflərin az olmasına görə qurulması gecikən Akvaponika sistemi üçün avadanlıqlar alınması və Akvaponika sisteminin yaradılması
- Keyfiyyətli təkliflərin azlığına görə yaradılması gecikən giriş nasos stansiyası və balıq ferması üçün təkliflərin yığılması və hər iki sistemin Krtanisi parkında qurulması
- Layihənin İdarə Heyətinin qərarı ilə COVİD pandemiyasına görə layihənin əlavə maliyyə tələb olunmadan uzadılması təklifinin QEF-ə təqdim olunması
- Krtanisi parkındakı işlərin təqdimatı üçün BMTİP, QHT-lər, MEPA və digər maraqlı tərəflərlə görüş keçirilməsi
- 10 sentyabrda Yeraltı və Yerüstü Suların Miqdarı üzrə Regional İşçi Qrupunun son görüşünün keçirilməsi
- 28 sentyabrda Ümumi Su Keyfiyyəti Göstəriciləri üzrə Regional işçi qrupunun son görüşünün keçirilməsi
- 23 sentyabrda Gürcüstanda Nazirliklərə, şirkətlərə və potensial donorlara Suyun çirklənməsinin azaldılması üzrə texniki-iqtisadi araşdırmanın ilkin nəticələrini təqdim etmək üçün vebinarın təşkili
- 25 sentyabrda Azərbaycanda Nazirliklərə, şirkətlərə və potensial donorlara Suyun çirklənməsinin azaldılması üzrə texniki-iqtisadi araşdırmanın ilkin nəticələrini təqdim etmək üçün vebinarın təşkili
- 14 sentyabrda Gürcüstanda, 15 sentyabrda Azərbaycanda yerli və beynəlxalq eskpertlərlə ekoloji axım üzrə görüşlərin keçirilməsi
- Benefisiar Nazirliklərdə Əlaqələndirici Şəxslər tərəfindən təsdiqlənməli olan komiks kitablarının və sosial marketinq kampaniyalarının hazırlanmasının yekunlaşdırılması
- Layihənin bütün sosial media hesablarında paylaşımların və maarifləndirmə işlərinin davamlı şəkildə aparılması