2020-ci ilin fevral ayı üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2020-ci ilin fevral ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2020-ci ilin mart ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz
2020-ci ilin fevral ayında həyata keçirilmişdir:
- 3 fevral 2020-ci ildə Bakı şəhərində Su Miqdarının İdarə Edilməsi üzrə dördüncü Regional İşçi Qrup toplantısı keçirildi
- 7 fevral 2020-ci ildə Gürcüstanda yeddinci MLMQ toplantısı keçirildi
- 14 fevral 2020-ci ildə Azərbaycanda yeddinci MLMQ toplantısı keçirildi
- Zati-aliləri Cənab Nazir Muxtar Babayev və BMTİP-QEF Beynəlxalq Sular üzrə Regional Texniki Məsləhətçisi cənab Vladimir Mamaev ilə Layihə-Nazirlik koordinasiya yığıncağı və ETSN-nin İctimaiyyətlə əlaqələr Qrupu ilə növbəti görüş keçirildi
- 10-14 fevral 2020-ci il tarixlərində Ətraf Mühit üzrə Qanunvericiliyin Tətbiqinə Nəzarət üzrə təlimin üçüncü bloku keçirildi
- 17-21 fevral 2020-ci il tarixlərində Təmiz İstehsalat mövzusunda təlimin üçüncü bloku keçirildi
- 24-27 fevral 2020-ci il tarixlərində İqtisadi Modelləşdirmə üzrə təlimin üçüncü bloku keçirildi
- Gürcüstanın Ümumi Su Təchizatı Şirkətinin yeni təyin olunmuş Direktoru ilə görüş
- Hacıqabulda qurulmuş süni bataqlıq ərazisinin qazıntı işləri yaxın bir müddətdə başa çatmışdır
- Çayların Bərpası barədə qərar vermək üçün Gürcüstanda Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə görüş
- Gürcüstanın Su Xidmətləri üçün tarif quruluşu haqqında hesabatı yekunlaşdırmaq üçün Gürcüstanın Meliorasiya Şirkəti ilə görüş
- Azərbaycanda Akvaponika üçün tender sənədinin hazırlanması, LKŞ-nın (Layihə Koordinasiya Şurası) təsdiqinin gözlənilməsi
- IDEA və Azərsunun birgə əməkdaşlığı ilə “Hidro Qəhrəmanlar”-ın tətbiqi üçün tenderin elan edilməsi
- Gürcüstan və Azərbaycanda su qənaəti üçün Sosial Marketinq Kampaniyasının davamlı inkişafı, o cümlədən Novruz "Su Çərşənbə axşamı" videosundan istifadə üçün bir video
- Bakıda seçilmiş məktəblər üçün “Kür Boğçası” və modulların təlimi (Təxirə salındı)
- Əsas çirklənmə sektorları üçün ən yaxşı mövcud texnologiyalar hesabatının tamamlanması
- Gürcüstan Milli Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ETSN-nin Milli Monitorinq Departamenti Laboratoriyasının mütəxəssislərinin suda pestisidlərin konsentrasiyasını təyin etmək üzrə təlimin keçirilməsi məqsədilə mübadilə missiyasının təşkili (Təxirə salındı)
- Hər iki ölkədə onlayn yeraltı suların monitorinq sistemi ərazilərinin araşdırılması (Təxirə salındı)
- IW:LEARN /GWP MOOC (Beynəlxalq suları öyrənmə mübadiləsi və resurs şəbəkəsi/Qlobal su tərəfdaşlığı Kütləvi Açıq Onlayn Kurs) üçün 2 video modul hazırlanmışdır: - Onlayn kurs - Kür çayı hövzəsinin tədqiqi daxil olmaqla
- Beynəlxalq bataqlıqlar günü üçün Hacıqabulda qurulmuş süni bataqlıq ərazisinin təşviqi
- Nümayiş layihəsi çərçivəsində Qori şəhərinin müəllimləri tərəfindən suyun səmərəli istifadəsi üçün məlumatlandırma videosu hazırlanmışdır
2020-ci ilin mart ayında həyata keçirilməsi planlaşdırılır:
- 4 mart 2020-ci ildə Tbilisidə Su keyfiyyəti göstəriciləri üzrə regional işçi qrupunun yığıncağı keçiriləcəkdir (Təxirə salındı)
- Bakıda seçilmiş məktəblər üçün “Kür Boğçası” və modulların təlimi (Təxirə salındı – Həllini gözləyən)
- AİST+ (Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü plyus proqramı) 5 mart tarixində Tbilisidə Gürcüstan üçün Aİ Su Siyasəti Dialoqunda iştirak etmək
- Gürcüstan Milli Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ETSN-nin Milli Monitorinq Departamenti Laboratoriyasının mütəxəssislərinin suda pestisidlərin konsentrasiyasını təyin etmək üzrə təlimin keçirilməsi məqsədilə mübadilə missiyasının təşkili (Təxirə salındı -Tamamlanmamış)
- Gürcüstan Milli Koordinatorunun işə götürülməsi və uyğunlaşması
- Hacıqabulda qurulmuş suni bataqlıq ərazisinin qazıntı işlərinin başa çatdırılması və bataqlıq ərazisinin əsas hövzəsinin qidro-izolyasiya işlərinin başlanması
- 6-8 mart tarixlərində Gürcüstanda Araqvi çayı və Azərbaycanda Şəmkirçay və Əlicançayda Ekoloji axım monitorinqlərinin keçirilməsi (Tamamlanmamış)
- 23 mart Ümumdünya Su Günündə, Gürcüstanın Gori şəhərində Bələdiyyə Su Nümayiş Layihəsində iştirak etmək (Tamamlanmamış)
- 24-25 mart tarixlərində Gürcüstanın Tbilisi şəhərində Daşqın Risklərinin İdarə edilməsi üzrə təlim (Tamamlanmamış, ehtimal ki, təxirə salındı)
- Azərbaycanın Şirvan şəhərində Bala Hacıqabul gölündə qurulmuş süni bataqlıq ərazidə aparılan tikinti işlərinə, o cümlədən qidro-izolyasiya quruluşa müntəzəm yoxlama
- Beynəlxalq mütəxəssislə Gürcüstan çayının bərpasına sahə səfəri (Təxirə salındı)
- Milli Su Strategiyası və Azərbaycanın institusional quruluşu haqqında hesabatın təqdim olunması
- Südçülük, dəri istehsalı və sallaqxanalar üçün Sektorlu Çirklənmənin Azaldılması Planlarının təqdim olunması
- Hər iki ölkə Gürcüstanda quşçuluq və Laçında dəri istehsalı üçün əsas giriş nöqtə ilkin texniki-iqtisadi əsaslandırma layihəsinin əldə edilməsi
- “Hidro Qəhrəmanlar”-ın tətbiqi və Akvaponikalar üçün təkliflərin alınması və müqavilənin bağlanması
- Gürcüstanda çayların bərpası sahəsinə ekspertiza aparmaq üçün mütəxəssisin işə götürülməsi
- Hər iki ölkədə onlayn yeraltı suların monitorinq sistemi sahələrinin araşdırılması (Tamamlanmamış)
- Su idarəetməsi haqqında şəkilli kitablar üçün rəssamın müqaviləsi
- BMTİP-QEF IRM İcra Auditi ilə əlaqəli bütün sənədlərin verilməsi və bütün sorğuların cavablandırılması
- 5 Mart tarixindən etibarən səyahət və görüşlərin məhdudlaşdırılması da daxil olmaqla, koronavirus COVID-19 işığında Layihənin tamamlanması üçün Fövqəladə Planlaşdırma işinə başlanılması