UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2020-ci ilin Sentyabr-Oktyabr ayları üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2020-ci ilin sentyabr ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2020-ci ilin oktyabr ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz.

2020-ci ilin sentyabr ayında:

  • Su idarəçiliyində fərqli tarif planının tətbiqi ilə bağlı beynəlxalq təcrübələrə dair hesabat və Azərbaycanda su idarəçiliyində fərqli tarif planının tətbiqi üçün fəaliyyət planı üzrə yol xəritəsi ETSN-ə təqdim olunmuşdur.
  • Hər iki ölkə üçün “Kür Boğçası” əsasında onlayn tədris materiallarının hazırlanması, eləcə də müəllim və şagirdlər üçün videoların təsdiq olunması ilə bağlı “Mindworks” şirkəti ilə görüşlər keçirilmişdir.
  • “Hydro-Heroes” mobil tətbiqetməsi testdən keçirilmişdir.
  • Keyfiyyətli təkliflərin az olmasına görə qurulması gecikən Akvaponika sistemi üçün avadanlıqlar alınması və Azərbaycanda Akvaponika sisteminin yaradılması üçün satınalma planı nəzərdən keçirilmişdir.
  • Keyfiyyətli təkliflərin azlığına görə yaradılması gecikən giriş nasos stansiyası və balıq ferması üçün təkliflərin yığılması və hər iki sistemin Gürcüstanın Krtanisi parkında qurulması üçün satınalma planı nəzərdən keçirilmişdir.
  • Layihə İdarə Heyətinin qərarı ilə “COVID-19” pandemiyasına görə layihənin əlavə maliyyə tələb olunmadan uzadılması təklifi QEF-ə təqdim olunuşdur.
  • Krtanisi parkında işlərin təqdimatı üçün BMTİP, QHT-lər, MEPA və digər maraqlı tərəflərlə görüş keçirilmişdir.
  • 10 sentyabrda Yeraltı və Yerüstü Suların Miqdarı üzrə Regional İşçi Qrupunun son görüşü keçirilmişdir.
  • 14 sentyabr Gürcüstanda, 15 sentyabrda Azərbaycanda yerli və beynəlxalq eskpertlərlə ekoloji axım üzrə görüşlər keçirilmişdir.
  • 23 sentyabr Gürcüstan, 25 sentyabrda Azərbaycanda Nazirliklərə, şirkətlərə və potensial donorlara Suyun çirklənməsinin azaldılması üzrə texniki-iqtisadi araşdırmanın nəticələrini təqdim etmək üçün görüş təşkil edilmişdir.
  • BMTİP Akselerator Laboratoriyası ilə görüş təşkil edilərək, Kür 2 layihəsinin fəaliyyət istiqamətindəki innovativ yanaşma təqdim olunmuşdur.
  • Ekoloji axım monitoinqi üçün Azərbaycanda Şəmkirçay və Əlicançay, Gürcüstanda isə Araqvi çay hövzələrinə 11-ci sahə səfəri təşkil etmişdir.
  • Komiks kitabçası və sosial media təşviqat kampaniyası Benefisiar Nazirliklərdə Əlaqələndirici Şəxslərə təqdim olunmuşdur. Növbəti addımlar üçün Benefisiar Nazirliklərdən cavab gözlənilir.
  • 27 sentyabra kimi layihənin bütün sosial media hesablarında paylaşımların və maarifləndirmə işlərinin davamlı şəkildə aparılmışdır. Azərbaycandakı hərbi vəziyyətlə bağlı buradan etdiyimiz paylaşımlarda ləngimə var.*

2020-ci ilin oktyabr ayında aşağıdakıların həyata keçirilməsi gözlənilir:

  • Azərbaycanda Akvaponika sisteminin yaradılması üçün satınalmanın tamamlanması;
  • Gürcüstanın Krtanisi parkında giriş nasos stansiyası və balıq ferması üçün satınalmanın tamamlanması;
  • Gürcüstanda sosial media kampaniyasının tətbiqinə başlanması*;
  • Hər iki ölkədə kənd təsərrüfatında suyun səmərəli istifadəsi üzrə nümayiş layihəsinin məhsuldarlıq, suya qənaət və xərc/fayda analizi və daha geniş miqyaslı tətbiqi məqsədilə məhsuldarlığın monitorinqi*;
  • Bala Hacıqabul gölündəki Süni Bataqlığın düzgün işləməsini təmin etmək məqsədilə lazım olan əkinin başlanması (nasosun elektrik şəbəkəsinə qoşulması məsələsinə görə gecikir).
  • Gürcüstanın Krtsanisi Parkında günəş panellərinin və nasos stansiyasının quraşdıırlması;
  • Gürcüstanın Milli Əlaqələndirici Şəxsi ilə görüş təşkil edilərək, layihənin gedişatının müzakirəsi;
  • Gürcüstanın Krtsanisi Parkının açılış görüşünün təşkili;
  • Qonaqpərvərlik sənayesi üçün H2Otel onlayn təlim materiallarının Azərbaycan və gürcü dillərində dərc olunması;
  • Onlayn SEİİ Akademiyasının – Azərbaycan və Gürcü dillərində 21 müxtəlif mövzulu təlim blokunun – tamamlanması istiqamətində işlərin davam etdirilməsi;
  • “Hydro-Heroes” mobil tətbiqetməsinin yekunlaşdırılması istiqamətində işlərin aparılması*;
  • Ekoloji axım metodologiyası barəsində Azərbaycan və Gürcüstan ekoloji axım komandasının iştirakı ilə video hazırlanması;
  • Azərbaycan və Gürcüstandan BMTİP-QEF Kür 2 layihsənin SEİİ Akademiyasının bütün iştirakçıları və su idarəçiləri üçün kataloqun tamamlanması;
  • Suya qənaət mövzusunda 2 hissəli komiks kitabçasının Azərbaycan və gürcü dillərində nəşr edilməsi*;
  • Gürcüstanın Tbilisi şəhərində yerləşən layihənin təlim mərkəzinin bağlanması.

*Qeyd: Azərbaycan və Ermənistan arasındakı hazırki münaqişə vəziyyətinə görə Azərbaycanda komendant saatı tətbiq edilir və layihənin Azərbaycandakı bütün ictimaiyyətlə əlaqələr və təşviqat işi müvəqqəti olaraq dayandırılmışdır.