UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2020-ci ilin yanvar ayı üçün Baş Texniki Məsləhətçinin Aylıq Qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2020-ci ilin yanvar ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2020-ci ilin fevral ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz

2020-ci ilin yanvar ayında həyata keçirilmişdir:

  • 17-20 yanvar 2020-ci il tarixlərində Azərbaycan və Gürcüstanda ekoloji axımla bağlı yeddinci monitorinq kampaniyası aparılmışdır.
  • Azərbaycanın Şirvan şəhərində Bala Hacıqabul gölündə qurulmuş süni bataqlıq ərazisində aparılan tikinti işlərinin mütəmadi yoxlanılması
  • Azərbaycanda iki milli mütəxəssisin xüsusilə hüquq, institusional və inşaat mühəndisinin işə götürülməsi
  • Beynəlxalq Ətraf Mühit üzrə İqtisadçının hesabatlarının milli dillərə tərcümə edilməsi
  • “Hidro Qəhrəmanlar”- ın Suya Qənaət mobil tətbiqi üçün hazırlıqları
  • Kür Boğçası”-nın əlavə nüsxələri ingilis və milli dillərdə çap edilmişdir
  • Su miqdarının idarə edilməsi üzrə Regional İşçi Qrupunun işini dəstəkləmək üçün onlayn monitorinq avadanlığı göndərilmişdir
  • Milli Əlaqələndiricilər və BMTİP-in ölkə nümayəndəlikləri ilə görüş keçirilmişdir
  • Texniki su xidmətləri üçün tariflərin hesablanması metodologiyasının hazırlanması ilə bağlı görülən işlər barədə yenilənmiş məlumatların əldə edilməsi, metodologiyanın yekunlaşdırılması, təqdim olunması və növbəti addımlar barədə razılıq əldə etmək üçün "Gürcüstan Meliorasiya MMC"-də toplantı keçirildi.
  • 28-30 yanvar 2020-ci il tarixlərində Kür II Layihə Komandası ilə Strateji Planlaşdırma toplantısı keçirilmişdir
  • 2020-ci ilin fevral və mart aylarında keçiriləcək Milli Layihə Məşvərət Qrupu və Regional İşçi Qrup toplantıları üçün hazırlıq işləri başlanılmışdır
  • Əsas çirklənmə göstəriciləri üçün su nümunəsini və metodologiyasını uyğunlaşdırmaq məqsədilə Gürcüstan Milli Laboratoriya Mərkəzi nümayəndəsinin Atmosfer Havası, Su və Torpaq analizinin Azərbaycan Milli Ətraf Mühit Agentliyinə sahə səfərinin təşkili üçün hazırlıq işlərinə başlanılmışdır (BOD5, Nitrat, Nitrit, Ammonyak, Fenol və Ağır Metallar)

2020-ci ilin fevral ayında həyata keçirilməsi planlaşdırılır:

  • 3 fevral 2020-ci ildə Bakı şəhərində Su Miqdarının İdarə Edilməsi üzrə dördüncü Regional İşçi Qrup toplantısının keçirilməsi
  • 7 fevral 2020-ci ildə Gürcüstanda yeddinci MLMQ toplantısının keçirilməsi
  • 14 fevral 2020-ci ildə Azərbaycanda  yeddinci MLMQ toplantısının keçirilməsi
  • 10-14 fevral 2020-ci il tarixlərində Ətraf Mühit üzrə Qanunvericiliyin Tətbiqinə Nəzarət üzrə təlimin üçüncü  blokunun keçirilməsi
  • 17-21 fevral 2020-ci il tarixlərində Təmiz İstehsalat mövzusunda təlimin üçüncü blokunun keçirilməsi
  • 24-27 fevral 2020-ci il tarixlərində İqtisadi Modelləşdirmə üzrə təlimin üçüncü  blokunun keçirilməsi
  • Gürcüstanın Ümumi Su Təchizatı Şirkətinin yeni təyin olunmuş Direktoru ilə görüş
  • Hacıqabulda qurulmuş süni bataqlıq ərazisinin qazıntı işlərinin başa çatdırılması və astarlanmağa başlanması
  • Çayların Bərpası barədə qərar vermək üçün Gürcüstanda Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə görüş
  • Gürcüstanın Su Xidmətləri üçün tarif quruluşu haqqında hesabatı yekunlaşdırmaq üçün Gürcüstanın Meliorasiya Şirkəti ilə görüş
  • Azərbaycanda Akvaponika üçün tender sənədinin hazırlanması, LKŞ-nın (Layihə Koordinasiya Şurası) təsdiqinin gözlənilməsi
  • IDEA və Azərsunun birgə əməkdaşlığı ilə  “Hidro Qəhrəmanlar”-ın tətbiqi üçün tenderin elan edilməsi
  • Gürcüstan və Azərbaycanda su qənaəti üçün Sosial Marketinq Kampaniyasının davamlı inkişafı
  • Bakıda seçilmiş məktəblər üçün “Kür Boğçası” və modulların təlimi
  • Əsas çirklənmə sektorları üçün ən yaxşı mövcud texnologiyalar hesabatının tamamlanması
  • Gürcüstan Milli Ətraf Mühit Agentliyi tərəfindən ETSN-nin Milli Monitorinq Departamenti Laboratoriyasının  mütəxəssislərinin suda pestisidlərin konsentrasiyasını təyin etmək üzrə təlimin keçirilməsi məqsədilə mübadilə missiyasının təşkili
  • Hər iki ölkədə onlayn yeraltı suların monitorinq sistemi ərazilərinin araşdırılması
  • IW:LEARN /GWP MOOC (Beynəlxalq suları öyrənmə mübadiləsi və resurs şəbəkəsi/Qlobal su tərəfdaşlığı Kütləvi Açıq Onlayn Kurs) üçün 2 video modul hazırlanmışdır: - Onlayn kurs -  Kür çayı hövzəsinin tədqiqi daxil olmaqla
  • Beynəlxalq bataqlıqlar günü üçün Hacıqabulda qurulmuş süni bataqlıq ərazisinin təşviqi
  • Nümayiş layihəsi çərçivəsində Qori şəhərinin müəllimləri tərəfindən suyun rasional istifadəsi üçün məlumatlandırma videosunun hazırlanması