UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2021-ci il, yanvar-fevral ayları üçün Baş Texniki Məsləhətçinin aylıq qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2021-ci ilin yanvar ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2021-ci ilin fevral ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz.

2021-ci ilin yanvar ayında:

Ø Layihənin yeni Baş Texniki Məsləkətçisi və Regional Koordinatorunun işə götürülməsi tamamlanmış və 7 yanvar 2021-ci ildən etirbarən işə başlamışdır.

Ø Azərbaycanda Şəmkirçay və Əlicançay çayları üzərində aparılan Ekoloji Axım tədqiqat işinin yekun hesabatı tamamlanmışdır.

Ø Gürcüstanda Araqvi çay hövzəsində aparılan Ekoloji Axım tədqiqat işinin yekun hesabatı tamamlanmışdır.

Ø Hər iki ölkədə yeraltı suların onlayn monitorinqi sisteminin gömrük rəsmiləşdirilməsi başa çatmış və quraşdırma prosesinə hazırlıq başlanmışdır.

Ø Gürcüstanda yeraltı suların onlayn monitonqi avadanlığının quraşdırılması üçün inşaat işlərinə başlanmışdır.

Ø Layihənin kənd təsərrüfatında sudan səmərəli istifadə üzrə həyata keçirdiyi nümayiş layihələrinin iqtisadi təsirlərinin qiymətləndirilməsinə dair hesabat hazırlanmışdır.

Ø Azərbaycanda Akvaponika sistemi üçün lazım olan istilik sisteminin alınması üçün texniki tapşırıq tamamlanmışdır.

Ø Su sızıntısının aşkarlanması barədə məlumat vermək və məişətdə sudan səmərəli istifadə ilə bağlı məlumatlandırma üçün Hydro Heroes mobil tətbiqetməsinin beta versiyasının sınaqlarını başa çatdırılmışdır.

Ø Məktəb şagirdləri və müəllimləri üçün 3 dildə (Azərbaycan, gürcü, ingilis) sudan səmərəli istifadəsi ilə bağlı məlumatlılığın artırılması üçün E-Tədris portalı tamamlanmışdır.

Ø Gürcüstanın Krtsanisi parkındakı nümayiş layihəsi üçün torpaq və tikinti işləri yekunlaşdırılmışdır.

Ø Hər ölkədə bir alt hövzədə hidroloji modelləşdirmənin tətbiqi barədə yekun hesabat benefisiar qurumlara təqdim edilmişdir.

Ø Gürcüstanın Stori çayında hidroloji modelləşdirmənin tətbiqi üzrə 2 günlük onlayn təlim kursu başa çatdırılmışdır.

Ø Azərbaycanlı kimyaçılar üçün gürcü mütəxəssis tərəfindən onlayn şəkildə pestisidlərin analizi üzrə təlim təşkil edilərək iki ölkə arasında laborator analizinə dair təcrübə mübadiləsi başa çatdırılmışdır.

Ø Layihənin gedişatını müzakirə etmək üçün ETSN-in Nazir Müavini ilə görüş keçirilmişdir.

Ø Azərbaycanda və Gürcüstanda ekoloji axım ilə bağlı tədqiqat layihəsinin tanıtım videosu hazırlanmışdır.

2021-ci ilin fevral ayında aşağıdakıların həyata keçirilməsi planlaşdırılır:

Ø Hər iki ölkədə ekoloji axım metodologiyasını tətbiq etmək üçün yekun nəticələri və yol xəritəsini təqdim etmək üçün iki onlayn seminarın təşkili;

Ø Ekoloji axım metodologiyasının nəticələrinə dair yekun hesabatın Azərbaycan və gürcü dillərinə tərcüməsi;

Ø Azərbaycanda Bala Hacıqabul gölündə qurulmuş suni bataqlıq ərazinin giriş və çıxışından su nümunəsinin götürülməsi və təhlili;

Ø Bala Hacıqabul gölündə qurulmuş suni bataqlıq ərazinin ekoloji vəziyyətə təsiri barədə yekun hesabatın təqdim edilməsi;

Ø SEİİ Akademiyasına daxil 7 təlim modulunun dublyaj videolarını hazırlanmasının Gürcüstanda da yekunlaşdırılması;

Ø Azərbaycanda Akvaponika sistemi üçün lazım olan istilik sisteminin alınması;

Ø Layihənin həm Azərbaycanda, həm də Gürcüstanda sudan səmərəli istifadəsi göstəricilərinin hidroloji təsirləri barədə hesabatın yekunlaşdırılması;

Ø Hər iki ölkədə, məktəblər və ümumi ictimaiyyətdə sudan səmərəli istifadə barədə məlumatlılığın artırılması üçün hazırlanmış E-Tədris portalını təqdim etmək üçün iki onlayn seminarın təşkili;

Ø Azərbaycanda Şəmkirçay çayında hidroloji modelləşdirmənin tətbiqi üzrə 2 günlük onlayn təlim kursunun yekunlaşdırılması;

Ø Qonaqpərvərlik sektorunda sudan səmərəli istifadə ilə əlaqədar dövlət özəl tərəfdaşlığı təşəbbüsü olaraq H2Otel Mükafatlarına dair məqalənin dərc edilməsi;

Ø Layihə büdcəsi üçün QEF və BMTİP İRH-dən təsdiq alınması;

Ø BMT-nin yeni könüllü DİM Akselariya Fəaliyyətinə Kür II layihə təşəbbüslərinin qeydiyyatdan keçirilməsi;

Ø Kür Boğçası mövzulu afişa və broşuraların Gürcüstanda çapı və paylaşılması;

Ø Hər iki ölkədə layihənin Komiks kitablarının tanıdılmasına başlanması;

Ø Hər iki ölkədə təbliğat təşviqat kampaniyasına başlanması