UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

BMTİP-QEF Kür II Layihəsi Baş Texniki Məsləhətçisinin 2021-ci il mart və aprel ayları üçün olan qeydlərini Sizə təqdim edirik

BMT İP-QEF Kür II Layihəsinin 2021-ci ilin mart ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2021-ci ilin aprel ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz.

2021-ci ilin mart ayında:

Ø Layihənin Çıxış Strategiyası tamamlanaraq hər iki ölkədəki Əlaqələndirici Şəxsə təqdim edildi.

Ø Layihənin yekun qiymətləndirilməsi üçün Terminal Qiymətləndici işə götürüldü.

Ø Akvaponika sistemi Bakıya çatdırıldı və quraşdırılmasına başlanıldı.

Ø Hər iki ölkədə kənd təsərrüfatında sudan səmərəli istifadə üzrə həyata keçirilmiş nümayiş layihəsinin yekun təqdimatı təşkil edildi.

Ø Azərbaycanda Yeraltı Suların Onlayn Monitorinqi Sisteminin quraşdırılması üçün işlər başlandı.

Ø Gürcüstanda, Milli Ətraf Mühit Agentliyinin (NEA) Hidrogeologiya departmanetinin Yeraltı Suların Onlayn Monitorinqi Sistemindən məlumat alması üçün quraşdırma işləri tamamlandı.

Ø Gürcüstanda hidro-bioloji monitorinq üzrə 3 mütəxəssisinin işə qəbul prosesi başa çatdı.

Ø Gürcüstanda NEA tərəfindən Kür çayında hidro-bioloji göstəricilər üçün nümunələrin toplanması və laboratoriya təhlili üçün sahə səfəri həyata keçirildi.

Ø Gürcüstanda, Krtsanisi parkında Axmaz göllər və 50 ha subasar meşəni qidalandırmaq üçün Kür çayında gabionların və əsas su quyusunun tikintisi başa çatdırıldı.

Ø “HidroHeroes” mobil tətbiqinin Azərbaycan üçün hazırlanmış versiyası yekunlaşdırıldı.

Ø Su Ehtiyatlarının İdarəedilməsi üzrə Beynəlxalq Ekspertin işə götürülmısi prosesi yekunlaşdırıldı.

Ø Hər iki ölkədə Kür Boğçası əsasında hazırlanan müxtəlif mövzulara aid afişalar hazırlandı.

Ø SEİİ Akademiyası təlim materiallarının 3 dildə digital platformaya yerləşdirilməsi başlandı.

Ø Hidroloji modelləşdirmənin nəticələrinə dair yekun hesabat Azərbaycan və gürcü dillərinə tərcümə edildi.

Ø Ekoloji Axımı qiymətləndirmək üçün holistik metodologiyanın tətbiqi ilə bağlı hər iki ölkədəki işləri əks eetdirən video yekunlaşdırıldı.

Ø Layihənin təbliğat təşviqat kampaniyası çərçivəsində Bakı Kitab Mərkəzində maarifləndirmə sessiyaları davam etdirildi.

Ø ETSN, Azərbaycan və ƏMMKTN, Gürcüstanın xahişi ilə maarifləndirmə videolarının hazırlanmasına başlandı.

Ø Kür 2 layihəsinin “Sudan səmərəli istifadə” (http://water.envdevelopment.org/az/əsas-səhifə/) üzrə hazırladığı onlayn platfroma barədə Gürcüstan “Euronews” kanalına müsahibə veridli.

Ø Layihənin yekun Regional Məşvərət Qrupu Görüşü “Zoom” vasitəsilə həyata keçirildi.

2021-ci ilin aprel ayında:

Ø Layihənin yekun qiymətləndirilməsi prosesinə başlanılacaq.

Ø Layihənin Potensialın Gücləndirilməsi planının təsirlərinin qiymətləndirilməsi və bu planın həyata keçirilməsindən əldə olunan dərslər barədə hesabat hazırlanacaq.

Ø Şirvanda, Bala Hacıqabul gölündə inşa edilmiş Süni Bataqlıq nümayiş layihəsinin rəsmi açılışı baş tutacaq.

Ø Transsərhəd su ehtiyatlarının idarəedilməsində Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlığın vəziyyəti və gələcəkdə bu əməkdaşlığın gücləndirilməsi barədə texniki hesabat hazırlanacaqdır.

Ø Azərbaycan və Gürcüstanda "HydroHeroes" Mobil tətbiqinin təqdimat mərasimi təşkil ediləcək.

Ø Beynəlxalq Carrefour supermarketlər şəbəkəsinin Gürcüstan filiallarında paylanması üçün loqotipli, təkrar istifadə edilə bilən çantalar dizayn və istehsal ediləcək.

Ø Azərbaycan və Gürcüstanda çizgi roman hekayələrinin animasiyalı versiyası hazırlanacaq (ümumi 6 video) Ø Kür Boğçası əsasında hazırlanan müxtəlif mövzulu afişa və broşurların Gürcüstanda paylanacaq.

Ø Layihənin bağlanması istiqamətində lazımi hazırlıqlara başlanılacaq.

Ø Gürcüstandakı nümayiş layihələrinin mövcud vəziyyətinə nəzər salmaq üçün Kür 2 layihısinin Baş Texniki Məsləhətçisinin Gürcüstana səfəri baş tutacaq

Ø Gürcüstan, Krtsanisi Parkı nümayiş layihəsindəki tikinti işləri yekunlaşdırılacaq və həmin layihənin rəsmi açılışı təşkil ediləcək.

Ø Yeraltı Suların Onlayn Monitorqi Sisteminin Gürcüstanda NEA-ya rəsmi təhvili baş tutacaq.

Ø NEA nümayəndələri üçün CİS üzrə təlim yekunlaşdırılacaq.

Ø SEİİ Akademiyası təlim materialları 3 dildə digital platformaya yerləşdirilməsi başa çatacaq.

Ø Kür çayının Gürcüstan hissəsində hidroloji göstəricilər üçün nümunələr toplamaq və laboratoriya təhlili aparmaq üçün ikinci sahə səfəri baş tutacaq.

Ø 2016-2020-ci illər ərzində həm Azərbaycanda, həm də Gürcüstanda Kür çayının fiziokimyəvi parametrlərinin tarixi tendensiyaları barədə iki hesabat hazırlanacaq.

Ø Son 5 ildə (2016-2020) həm Azərbaycanda, həm də Gürcüstanda Kür çayı boyunca su axınlarının tarixi tendensiyaları barədə iki hesabat hazırlanacaq