“Hydro-Heroes App”-ın açılış görüşü media tərəfindən maraqla qarşılanmış və müxtəlif mənbələrdə işıqlandırılmışdır

“Hydro-Heroes” applikasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “IDEA”, “Azərsu” və BMTİP-QEF Kür II layihəsinin birgə əməkdaşlığı ilə yaradılır və ictimaiyyətə geolokasiyadan istifadə edərək sızmalar barədə məlumat verməyə imkan yaradacaqdır.
“Hydro-Heroes Water Saving App” insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə və applikasiyadan istifadə zamanı suya qənaət haqqında öyrənməsinə imkan verir. Bu “Pokemon Go” oyunu kimidir, lakin ondan fərqli olaraq, insanları bir sızma haqqında məlumat verməklə dünyanı xilas etməyə sövq edir. Applikasiyanın hədəf kütləsi 14-35 yaş arası insanlardır, lakin hər kəs tərəfindən istifadə oluna bilər. Sızmalar haqqında məlumatı “Azərsu”ya mobil telefon vasitəsilə (geolokasiyanı qeyd edərək) yaxud “Azərsu”nun hal-hazırda istifadə etdiyi onlayn sistemə bağlanmaqla xəbər vermək olar.