BMTİP-QEF Kür II Layihəsinin Kiçik mütəxəssisləri Aysel Kamilli və Əhmədiyə Sərkərov Bakı Dövlət Universitetində dərs deyirlər

BMTİP-QEF Kür II Layihəsinin Kiçik Mütəxəssisləri Aysel Kamilli və Əhmədiyə Sərkərov 27 Mart 2019-cu il tarixindən etibarən Bakı Dövlət Universitetində (BDU) bakalavr səviyyəsində Hidrologiya və Biologiya proqramını tədris edirlər. Həm Aysel, həm də Əhmədiyə, bu layihənin ilk mərhələsində yaradılan BDU-da SEİİ proqramının tələbəsidirlər.
Bir aylıq tədris proqramından əvvəl Kiçik Mütəxəssislər Maraqlı Tərəflərin cəlb edilməsi üzrə mütəxəssis xanım Dr. Cenin Mitçel və Regional Layihə Analitiki xanım Həcər Hüseynova tərəfindən keçirilən Təlimçilərin Təlimində (TT) iştirak etdilər. Əhmədiyə və Aysel su ehtiyatlarının idarə edilməsi məsələsini TT proqramı çərçivəsində hidroloji olmayan mütəxəssislərə təqdim etmək üçün təlim keçiblər.
Əhmədiyə və Aysel 23 aprel 2019-cu il tarixində tədris proqramını müvəffəqiyyətlə tamamladılar.