Çay Bərpası üzrə Məşvərət Görüşü │Bakı, Azərbaycan │13 noyabr 2017

Görüş Kür II Layihəsinin Baş Texniki Məsləhətçisi və Regional Layihə Koordinatoru Dr. Meri Metyusun başçılığı ilə keçirildi və xanım Meri Metyus Azərbaycanda çayların bərpası ilə bağlı ikinci iclasın əsas məqsədləri və gözləntiləri barədə məlumat verdi. Müşavirə görüşündə müzakirə olunan əsas məsələlər aşağıdakılardır:
- Çay ekologiyası və çayların bərpası üzrə beynəlxalq məsləhətçi tərəfindən çay bərpa layihələri və planlaşdırma prosesi ilə bağlı ən yaxşı beynəlxalq təcrübələrə baxış,
- Çay bərpası üzrə işçi qrupunun tövsiyələri əsasında çay bərpa işlərinin aparılması üçün Azərbaycanda ən uyğun yerlərə dair təkliflər,
- Sahə səfərinin nəticələrinə əsasən Kür çayı hövzəsinin bərpası layihələrində istifadə ediləcək tövsiyə olunan strategiya və yanaşmalar,
- Azərbaycanda çay bərpa layihələri üçün əlverişli sahələri araşdırmaq üçün sahə səfərinə dair qısa məlumat,
- Kür çayı hövzəsində çay bərpası layihəsinin həyata keçirilməsi üçün uyğun yerlərin seçilməsi ilə bağlı iclasın yekun tövsiyələri.
Görüşdə Azərbaycanda Kür çayı hövzəsinin əsas ekoloji problemləri və təbii şəraitinin bərpası və Kür çayının bioloji müxtəlifliyin qorunması, bərpa, daşqınların idarə olunması və landşaftın inkişafı ilə bağlı işlərin zərurətinə diqqət çəkildi. Görüş iştirakçıları, strategiya və çay ekosistemlərinin planlaşdırılması və idarə edilməsinə dair yanaşmaları müzakirə etdilər və pilot ərazilərdə Kür çayının bərpasının həyata keçirilməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdilər.
- Görüşün əsas tövsiyəsi Azərbaycanda çay hövzəsi ekosistemində əsas təzyiqlərin müəyyənləşdirilməsi və dərin reabilitasiya tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq strategiya və yanaşmaları müəyyən etmək məqsədilə Kür çayı boyunca uyğun olan sahələri araşdırmaq üçün sahil gəzintisini təşkil etməkdir:Şirvan şəhərində və ətraf ərazilərdə Hacıqabul gölü
- Sabirabad şəhəri (Kür və Araz çaylarının birləşməsi)
- Şəmkirçay su anbarı və Şəmkir rayonu ərazisində yerləşən Şəmkirçay çayının aşağı hissəsi
- Varvara Su Anbarı / Bəndi və onun aşağı istiqaməti və ETSN-nin Ovçuluq Ferması
- Oğuz rayonu ərazisində Əlicançay çayı
- Tovuz şəhərində Zəyəmçay çayı
Görüşə Dr. Meri Metyus başçılıq etdi. Görüşün yekunundaiştirakçılar sahənin seçilməsi üçün təklif olunan meyarlar barədə razılığa gəldilər və layihənin icrasına başlamağa hazır olduqlarını ifadə etdilər.