Azərbaycan Milli Məşvərət Qrupu; 25 fevral, 2019-cu il

Kür II layihəsinin növbəti Milli Layihə Məşvərət Qrupu görüşü (MLMQ) 25 fevral, 2019-cu ildə Azərbaycanda baş tutmuşdur. MLMQ üzvləri Azərbaycanda su üzrə müxtəlif maraqlı tərəflərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərsu ASC, Ameliorasiya ASC, paralel olaraq Bakı Dövlət Universiteti və digər qurumlar da MLMQ-də təmsil olunmuşdur.
Görüşdə əsasən Kür II layihəsindəki inkişaf və növbəti fəaliyyətlər, Azərbaycanın su ehtiyatlarının idarəedilməsində son dəyişikliklər və yeniliklər müzakirə olunmuşdur.