UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Azərbaycanın Şirvan şəhərində yerləşən Bala Hacıqabul gölündə inşa edilmiş Süni Bataqlığın rəsmi açılışı

Süni bataqlığın rəsmi açılışı Ekologiya və Təbii Sərvətlər Nazirliyini təmsil edən Milli Koordinator (Əlaqələndirici Şəxs) və “Azərsu” ASC-ni təmsil edən Elnur Nəsirov və Ceyhun Kazımov cənablarının iştirakı ilə, 2 aprel 2021-ci il tarixində keçirilib.

Bala Hacıqabul gölünün ətrafında yerləşən 200 evin çirkab sularının töküldüyü kollektordan təmizlənməmiş çirkab sular gölə tökülürdü. Bu kənddə sanitar xidmətlər hələ xidmət göstərmir. Kür II BMTİP-QEF layihəsi bu problemi həll etmək və gölə axıdılan çirklənmə yükünü azaltmaq üçün “Azərsu” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyini dəstəkləyib.

Kür II BMTİP-QEF layihəsi Qlobal Ekologiya Fondu tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra edilir. Layihənin məqsədi Azərbaycan və Gürcüstanı su mənbələrinin idarə edilməsi üzrə Strateji Tədbir Proqramının icrasında dəstəkləməkdir.

Layihə, kollektordan gölə axıdılan təmizlənməmiş çirkab suların emal edilməsi üçün gölün yanında 4500 kv.m.-lik sahədə süni bataqlığın tikinti layihəsini hazırlamaq üçün beynəlxalq məsləhətçini dəvət edib.

Süni bataqlıq kiçik miqyasda çirkab suların təmizlənməsi üçün istifadə edilən təbiətə əsaslanan texnilogiyadır. Bu texnologiya bütün dünyada geniş olaraq kiçik icmaların yaratdığı çirkab suların təmizlənməsi üçün istifadə edilir. Süni bataqlıq gölə axıdılan suyun keyfiyyətini yaxşılaşdıracaq və sudan gələn pis qoxunu aradan qaldıracaq. Bu həm də, gölün ətrafında yaşayan insanlar üçün daha təmiz və sağlam mühit yaradacaq. Bu texnologiyanın istismar dəyəri ənənəvi olaraq çirkab sularının təmizlənməsi üçün istifadə edilən texnologiyaların dəyərindən daha azdır və onun əməliyyat və istismar dəyəri ənənəvi çirkab su təmizləmə metodları ilə müqayisədə cüzidir.

Süni bataqlığın inşası 2019-cu ilin dekabr ayında başlayıb və 2020-ci ilin noyabrında yerli azərbaycan şirkəti tərəfindən başa çatdırılıb. Bataqlıq istismar üçün sınaqdan keçirilib. Su emalının keyfiyyət səviyyəsinin yoxlanması üçün daxil və xaric olan sudan nümunələr götürülüb. Bu nümunələrin laboratoriya analizi onu nümayiş etdirib ki, emal nəticəsində üzvi çirkab və ammonyakın 95%-i, mikrobioloji bakteriyaların isə 97%-i kənarlaşdırılıb.

Açılışın iştirakçıları süni bataqlıq ətrafında gəzişiblər və Kür II BMTİP-QEF layihəsinin aparıcı koordinatoru Cənab Əhməd Abou Elseoud onlara çirkab suların daxilindən son xaric nöqtəsinə qədər müxtəlif təmizlənmə mərhələlərini izah edib. Onu da qeyd edib ki, çıxış suyu balıq yetişdirilməsi və kənd təsərrüfatı məqsədlərində yenidən istifadə edilə bilər və, beləliklə, bu məqsədlər üçün yeni qeyri-ənənəvi su mənbəyinə çevrilə bilər.

“Bu nümayiş layihəsi, bu cür təbii həllərin çirkab suların təmizlənməsində nə qədər təsirli ola biləcəyini göstərmək üçün, daha geniş auditoriyaya elan edilməli və digər ərazilərdə də buna bənzər layihələr tikilməlidir”, deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi Fəridə Ələkbərova bildirib.

“Giriş və çıxış suyunun keyfiyyətindəki fərq barizdir və “Azərsu” çirkab suların təmizlənməsində ətraf mühit üçün zərərsiz olan bu cür həllərin istifadəsini dəstəkləyir. Biz bu texnologiyanın digər sahələrdə necə tətbiq edilə biləcəyini araşdıracağıq”, deyə “Azərsu” nümayəndəsi Ceyhun Kazımov öz fikrini ifadə edib.

Sonda tədbirin qonaqları layihə iştirakçılarını nümayiş layihəsinin uğurlu icrası ilə təbrik ediblər və kanalizasiya çirkab sularının təmizlənməsi üçün yenilikçi həll yolu olan bu layihənin əməliyyatı və istismarını davam etdirəcəklərinə dair söz veriblər.