UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

BMTİP-QEF Kür II layihəsinin İkinci Layihə Məşvərət Qrupugörüşü │Bakı, Azərbaycan │26 oktyabr 2017

BMTİP-QEF Kür II Layihəsinin ikinci LMQgörüşü 26 oktyabr 2017-ci ildə Kür II layihəsinin əlaqələndirmə ofisində keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin Su Təsərrüfatı Agentliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, AZƏRSU Açıq Səhmdar Cəmiyyətinin və BDU-nun nümayəndələri LMQ-II görüşündə iştirak edirdilər.

Görüşün məqəsdi LMQ-I görüşündən bəri BMTİP-QEF Kür çayı layihəsi ilə bağlı yenilikləri təqdim etməkdir:

  • Ətraf Mühit Axınları Görüşünün xülasəsi
  • Əraziləri və çayların bərpasını müəyyənləşdirmək üçün pilot layihənin həyata keçirilməsi məqsədi ilə Şəmkirçay və Əlicançay çaylarına olan sahə gəzintilərinin xülasəsi
  • Tbilisi Regional Su Göstəriciləri Görüşünün xülasəsi və sonrakı addımlar
  • Çay bərpası ilə bağlı görüşün xülasəsiyekunları və sonrakı addımlar
  • Regional Qaynar-Nöqtələr Görüşünün və sonrakı addımlar
  • Beynəlxalq ekspertlər haqqında cənab Əhməd Əlsəoud tərəfindən qısa məlumat: İşə qəbul statusu, rollar və planlaşdırılmış missiyalar
  • Ekoloji Su İqtisadiyyatı və Laboratoriya Keyfiyyəti üzrə Beynəlxalq Ekspertlərin Bakı, Azərbaycana etdiyi səfərlər haqqında cari məlumat
  • BMTİP-QEF Kür II SEİİ Akademiyası ilə əlaqəli 2018-ci ilin yanvarında və Bakıda 2017-ci il noyabrın 23-24 tarixlərində keçiriləcək Ətraf Mühit Axını Təlimləri ilə bağlı planlar
  • Birinci Regional LMQGörüşündə təklif olunan gündəm maddələrinin müzakirəsi Bakı, Azərbaycan, Yanvar 2018.

Baş Texniki Məsləhətçi və Regional Layihə Koordinatoru Dr. Metyus, görüş iştirakçılarına 2018-ci ilin yanvar və may ayları dövründə ETSN nümayəndələri və digər maraqlı tərəflər üçün aşağıdakı mövzuları əhatə edən 12 təlim seminarı təşkil ediləcəyini bildirdi:

  1. Çirklənmə emissiyasının inventarlaşdırılması
  2. Avropa İttifaqı Su Çərçivə Direktivinin həyata keçirilməsinə dair
  3. Su təsərrüfatı
  4. ISO 17025 laboratoriyasının akkreditasiyası üzrə standart əməliyyat
  5. Yetişən qərar vericilər və qarşıdakı 5-10 ilin tələbələri üçün SEİİ Akademiyası.

Əlavə olaraq, 2018-ci ildə Azərbaycanda keçiriləcək Regional LMQ görüşünün gedişində regionda su keyfiyyəti göstəriciləri, yeraltı sulu kompleks ilə əlaqədar vəziyyət, ətraf mühitin çirklənməsinin azaldılması planı və Qaynar-Nöqtə hesabatları mövzularının müzakirəsi vurğulandı.