Hacıqabulda Qadın və Su təlimi

14 oktyabr tarixində Hacıqabulda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə BMTİP-QEF Kür II Layihə qrupu tərəfindən Qadın və Su mövzusunda təlim keçirildi.
İştirakçılara suyun və suyun qorunması metodlarının əhəmiyyəti, suyun qadın həyatına təsiri, davamlı inkişaf hədəfləri, habelə erkən nikahlar və bunun bölgəyə təsiri barədə məlumat verilib. Təlim kiçik bir qrup işi ilə izlənildi. Təlim iştirakçıları şirin suya çıxışı ilə bağlı əsas narahatlıqlarını və problemlərinin həllini necə görmələrini təqdim etdilər. Təlim Q&A sessiyası ilə başa çatdı.