UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

H.E Nazir Cənab Babayev Azərbaycanda Çay Bərpası ərazisinə səfər edib; Bakı, Azərbaycan 21 dekabr, 2018-ci il

Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev BMTİP-QEF Kür II layihəsinin stresin azaldılması ərazisinə – Bala Hacıqabul gölünə səfər etmişdir. O eyni zamanda 21 dekabr 2018-ci ildə Hacıqabul sakinləri ilə də görüşmüşdür.

Kür II layihəsinin Milli Layihə Koordinatoru Elçin Məmmədov və Regional Layihə Analitiki Həcər Hüseynova ərazidə nazirlə görüşmüş və Bala Hacıqabul gölünün bərpası ilə əlaqəli mərhələlər haqqında məruzə etmişdilər. Yaşayış binalarından Bala Hacıqabul gölünə axıdılan çirkab tullantılarının bərpası üçün süni bataqlıq yaradılması ilə bağlı planlaşdırma haqqında da cənab nazirə məlumat verilmişdir. Süni bataqlıq üzvi və ev tullantılarını bərpa etmək üçün biofiltrasiya rolunu oynayacaq. Belə avadanlıq Azərbaycanda ilk dəfə Kür II layihəsi tərəfindəntikiləcək. Əraziyə cənab Babayev, Nazirin iki müavini – cənab Firdovsi Əliyev və cənab Rauf Hacıyev və nazirliyin digər nümayəndələri tərəfindən baxış keçirilib. Elçin Məmmədov bildirib ki, ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvandakı Regional Ekoloji Ofisinin dəstəyi ilə son il ərzində bütün Kür II layihəsinin komandası tərəfindən seçilib və tədqiq edilib.

Cənab Babayev avadanlığın texniki xüsusiyyətləri, bərk maddələrin yox edilməsi və bərpa prosesi haqqında soruşmuş və ona bərpa prosesinin bir neçə mərhələdən ibarət olacağı (mexaniki və bioloji) və bütün infrastrukturun sona kimi tikiləcəyi barədə məlumat verilmişdir. Yerli qamış kolları çirkab suyunun təmizlənməsi üçün istifadə oluna bilər. Həmçinin qeyd olunub ki, bərpa avadanlığı təxminən 100-200 evə xidmət edəcək.

Süni bataqlığın dizaynı Kür II Çay Ekologiyası üzrə Beynəlxalq Eksperti tərəfindən yaradılacaq və nazirliklə paylaşılacaq. Bu avadanlığın tikintisi üçün yerli şirkət seçiləcək.

Əlavə olaraq, Kür II komandası tərəfindən həmçinin Kür II layihəsinin məlumatlandırma kampaniyası və ətraf mühit tədbirləri haqqında  da məlumat verilmişdir.

Nazir Babayev Kür II layihəsi tərəfindən edilən işləri yüksək qiymətləndirdiyini qeyd edib və layihəyə uğur arzulayıb.