UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

"Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı və suyun səmərəli istifadəsinəhəsr olunmuş məktəb şagirdləri üçün maarifləndirici mühazirələr

Fevralın 19-da Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş məktəb şagirdləri üçün maarifləndirici mühazirə təşkil edilib.

Tədbir çərçivəsində "Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı keçirilib. Azərbaycan, Gürcü və İngilis dillərində nəşr olunmuş bu vasitələr ölkəmizin müxtəlif orta məktəblərində paylanacaq. Vasitələr həm rəqəmsal, həm də çap şəklində mövcuddur.

Tədbir BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT, Baku Book Center və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığının nəticəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Kür II layihəsinin kommunikasiya üzrə regional menecer Sona Quliyeva apardığı tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin kiçik sayda şagirdləri iştirak edib.

Təqdimatda uşaqlara suyun rasional istifadəsinin zərurəti haqqında məlumat verilib. Qeyd olunub ki, əhalinin artması, sənayenin və kənd təsərrüfatının inkişafı suya ehtiyacın kəskin artmasına səbəb olur. Son onilliklərdə dünyanın bir çox bölgəsində su qıtlığı hiss olunur. Yağıntının miqdarı Azərbaycanda azalıb və bu da çaylarda suyun səviyyəsinə təsir edib. İqlim dəyişməsi Kür çayının suyunun səviyyəsinin düşməsində də öz təsirini göstərib.

Tədbirin sonunda pianoçu Səidə Tağızadənin rəhbərliyi ilə hər il keçirilən “Simurq” uşaq musiqi festivalının iştirakçıları kiçik konsert proqramı ilə çıxış ediblər. Sonra uşaqlara sertifikatlar təqdim olunub.