Üçüncü Milli Layihə Məşvərət Qrupu Görüşü

Üçüncü Azərbaycan Milli Layihə Məşvərət Qrupu Görüşü 11 Sentyabr 2018-ci il tarixində Kür II layihəsinin əlaqələndirmə ofisində keçirildi. Əsas müzakirə obyekti iki beynəlxalq və beş milli işçi qrupunun formalaşdırılması, onların məqsədləri və gözlənilən nəticələr olmuşdur.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Parlamenti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, AZERSU Açıq Səhmdar Cəmiyyəti, Bakı Dövlət Universiteti, IDEA, EUWI + layihəsi və Avropa İttifaqı Tvinninq layihəsinin nümayəndələri iştirak etmişdir.
Müzakirələr su sektorundakı son dəyişikliklər ətrafında olmuş və Azərbaycanda ətraf mühit məsələləri ilə məşğul olan digər Avropa İttifaqı layihələritərəfindən məlumatlandırılmışdır.