Nəticə 3.1. Azərbaycanda kənd təsərrüfatında suyun səmərəli istifadəsinə dair görüş 5 aprel 2019-cu il tarixində Bakı şəhərində keçirilib.

Layihə Azərbaycanın Saatlının Cəfərxan kəndində həyata keçiriləcəkdir. Bu demo layihəsi çərçivəsində pambıq və meyvə ağacları əkiləcək. Həm pambıq, həm də meyvə ağacları iki sahəyə bölünəcək; sahənin yarısı ənənəvi üsulla, digər yarısı damcı suvarma sistemi ilə suvarılacaqdır. Bütün xüsusiyyətlər prosesdən əvvəl və sonra ölçüləcək və xərc fayda təhlili daxil ediləcəkdir.
Seçilmiş yerli firma artıq suvarma kanallarında təmizlik işlərinə başlamış və ərazini planlaşdırılan məqsədlərə hazırlamışdır. Bu görüşdə firma nümayəndələri öz planlarını BMTİP-GEF Kür II Layihə qrupu və Aynur Əliyeva ilə tanış etdilər.