Saatlıda damcılı suvarma sahəsinin açılması

24 sentyabrda BMTİP-GEF Kür II layihəsi, Saatlı rayonunun Cəfərxan kəndində Kənd Təsərrüfatı Sektorunda sudan səmərəli istifadə ilə bağlı demo layihəsinin 3.1. açılışını etdi.
Layihə ümumilikdə 3,5 ha ərazini əhatə edir. 2.5 ha pambıq tarlaları və 1 ha meyvə ağacları üçün istifadə olunur; hər əkin sahələrinin yarısı ənənəvi üsulla, yarısı damcı suvarma ilə suvarılır. Kür II bundan sonra xərc və fayda təhlili keçirməyi planlaşdırır. Bu demo layihə çərçivəsində Kür II layihəsi Meliorasiya ASC və ETSN ilə tərəfdaşdır.