14 Sentyabr 2018-ci il tarixində Milli Layihə Məşvərət Qrupunun Üçüncü Yığıncağı

Yığıncaqda Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Milli Ətraf Mühit Agentliyi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Tbilisi Dövlət Universiteti, Birləşmiş Suvarma Sistemləri Şirkəti, Birləşmiş Su Təchizatı Şirkəti, Gürcüstan Su və Enerji Şirkəti, AİST+ (Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü plyus proqramı) Layihəsi və BMTİP Gürcüstan nümayəndələri iştirak etdilər.
Potensialın Gücləndirilməsi üzrə baş mütəxəssisin təqdimatından sonra Gürcüstanın MLMQ üzvləri su kodunun vəziyyəti və Gürcüstanda su sektoru ilə bağlı son yenilikləri müzakirə etdilər. Bundan əlavə, AİST (Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü plyus proqramı) nümayəndəsi Zurab Jincharadze layihə yeniliklərini Kür II layihəsinin üzvləri ilə paylaşdı.