UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

19 Sentyabr 2017 tarixində Su Resurslarının İdarə Edilməsi Göstəriciləri üzrə Regional Müşavirə İclası

Su Resurslarının İdarə Edilməsi Göstəriciləri üzrə Regional Müşavirə Yığıncağı 19 Sentyabr 2017-ci il tarixində BMTİP / QEF Kür II Tbilisi Tədris Mərkəzində Kür II qrupunun üzvləri, suyun keyfiyyəti və İRMM üzrə gürcü və azərbaycanlı mütəxəssislər ilə birgə keçirildi.

Görüşün məqsədi Kür çayı hövzəsində iki ölkə arasında paylaşıla bilən suyun miqdarı və keyfiyyət göstəricilərinin siyahısı barədə razılığa gəlmək üçün Gürcüstan və Azərbaycandakı mütəxəssislər arasında dialoqun başlanması, bu məlumatın inkişaf üçün həm Azərbaycanda, həm də Gürcüstanda Kür hövzəsində suyun illik hesabatı zəmin yaratması idi..

Kür II Baş Texniki Müşaviri və Regional Layihə Koordinatoru Meri Metyusun və Potensialın Gücləndirilməsi üzrə baş mütəxəssisi Əhməd Əbu Əlseoudun rəhbərliyi ilə iştirakçılar, su mənbələrinin idarə edilməsindəki problemlər kimi mövzuları, milli və regional olaraq paylaşaraq, ortaq ətraf mühit məlumat sistemi layihəsini (SEIS) nəzərdən keçirdi və iki ölkə arasında ümumi və spesifik suyun keyfiyyəti və kəmiyyət göstəricilərini müzakirə etdi.