30 May 2018-ci il Çayın Bərpası üzrə III Məşvərət Yığıncağı

Kür II layihəsinin Baş Texniki məsləhətçisi və Regional Layihə Koordinatoru xanım Dr. Meri Metyus və Kür II layihəsinin Potensialın Gücləndirilməsi üzrə Baş Mütəxəssisi cənab Əhməd Əlsəudun sədrliyi ilə keçirilən yığıncaq Kür II-nin həyata keçirmək niyyətində olduğu Çayın Bərpası nümayiş layihəsinə həsr olunmuşdur. Yığıncaqda çayın bərpası üçün mümkün olan ərazilərin müxtəlif təklifləri, bu ərazilərdə mövcud ekoloji problemlər, davamlılığı və uzunmüddətli tətbiqi nəzərə alınmaqla onların həlli üçün nə edilə biləcəyi müzakirə edildi.
Görüşlər və müzakirələr nəticəsində iştirakçılar planlaşdırılan sahə səfərləri zamanı yoxlanılacaq ərazilərdə nümayiş layihəsinə uyğunluğu yoxlamaq barədə razılığa gəldilər. Yığıncaqdan bir neçə gün sonra sahə gəzintiləri həyata keçirildi.