Milli Layihə Məşvərət Qrupu görüşü │Tiflis, Gürcüstan │ 1 mart 2019

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Milli Ətaf Mühit Agentliyi, İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, Tbilisi Dövlət Universiteti, Birləşmiş İrriqasiya Sistemləri şirkəti, Birləşmiş Su Təchizatı şirkəti və Gürcüstan Su və Elektrik şirkətinin nümayəndələri də bu görüşdə iştirak etmişdir.
Layihənin Baş Texniki Məsləhətçisi, Bacarıqların Artırılması üzrə baş eksperti və Maraqlı Tərəflərin iştirakı üzrə ekspertin təqdimatlarından sonra Gürcüstan Milli Layihə Məşvərət Qrupu üzvləri Gürcüstanda su sektoru sahəsində baş verən son yenilikləri və Surami və Kaşuridə olan nümayiş layihələrindəki bərk tullantılarının idarəedilməsini müzakirə ediblər.