Milli Layihə Məşvərət Qrupu Yığıncağı

Rəhbər Komitə və aralıq icmal hesabatının nəticələri LMQ üzvləri ilə paylaşıldı. Birgə su keyfiyyəti göstəricisi və suyun miqdarının idarə edilməsi üzrə regional işçi qrupları ilə bağlı yeniliklər də görüş iştirakçıları ilə bölüşüldü. Yığıncaqda Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Milli Ətraf Mühit Agentliyi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Birləşmiş Suvarma Sistemləri Şirkəti, Birləşmiş Su Təchizatı Şirkəti, Gürcüstan Su və Enerji Şirkəti, AİST+ (Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü plyus proqramı) Layihəsi və BMTİP Gürcüstan nümayəndələri iştirak etdilər.
Layihə təlim planı və əlaqə strategiyası da LMQ üzvləri ilə paylaşıldı. Təqdimatlardan sonra LMQ üzvləri layihə başa çatdıqdan sonra layihə fəaliyyətinin davamlılığını necə təmin etməyi müzakirə etdilər.