Hydro Heroes - Su qəhrəmanları

Əksər ölkələrdə məişət su itkisinin faizi 20-70% arasındadır. Bu itkilər, təmiz və emal olunmuş suyun 20-70%-nin küçələr və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Məişət su itkiləri nəticəsində, suyun təmizlənməsi üçün istifadə edilən pul boşuna sərf edilməklə yanaşı, həm də ictimai infrastruktur ciddi şəkildə zədələnir. Təmiz suyun məhdud və dəyərli olduğu isə gec başa düşülür. Bəs bu məsələ ilə bağlı insanlar nə edə bilər?
“Hydro-Heroes Water Saving App”[1] insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə və applikasiyadan istifadə zamanı suya qənaət haqqında öyrənməsinə imkan verir. Bu “Pokemon Go” oyunu kimidir, lakin ondan fərqli olaraq, insanları bir sızma haqqında məlumat verməklə dünyanı xilas etməyə sövq edir. Applikasiyanın hədəf kütləsi 14-35 yaş arası insanlardır, lakin hər kəs tərəfindən istifadə oluna bilər. Sızmalar haqqında məlumatı “Azərsu”ya mobil telefon vasitəsilə (geolokasiyanı qeyd edərək) yaxud “Azərsu”nun hal-hazırda istifadə etdiyi onlayn sistemə bağlanmaqla xəbər vermək olar.
“Hydro Heroes Water Saving App” həm öyrədici, həm də əyləncə proqramı olaraq, “Instagram”, “Facebook”, “Twitter”, “WhatsApp” kimi sosial media platformalarında da istifadə oluna biləcəkdir.
Növbəti mərhələlərdə, “The Hydro-Heroes Challenge” adlı öyrədici platformanın yaradılması nəzərdə tutulur ki, bu da istifadəçiləri suya qənaət üsullarını öyrənməyə həvəsləndirəcək. “Hydro Heroes” applikasiyasının nəticələri sosial mediada paylaşılacaqdır. Bu, qlobal olaraq dəyişdirilə bilən, həm iOS, həm də Android sistemlərində işləyən sistem olacaqdır.
“Hydro-Heroes” applikasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “IDEA”, “Azərsu” və BMTİP-QEF Kür II layihəsinin birgə əməkdaşlığı ilə yaradılır və ictimaiyyətə geolokasiyadan istifadə edərək sızmalar barədə məlumat verməyə imkan yaradacaqdır.
Applikasiyada aşağıdakı imkanlar nəzərdə tutulmuşdur:
İstifadəçilərin su sızmalarını məişət su təchizatı şirkətinə bildirməsi oyun kimi təşkil ediləcək
- Su sızmasını müəyyənləşdirmək və bildirmək üçün link – “Pokemon Go” oyunu kimidir, lakin ondan fərqli olaraq, insanları bir sızma haqqında məlumat verməklə dünyanı xilas edə bilər – bu oyun sosial media ilə də əlaqələndiriləcək.
Belə planlaşdırılır ki, istifadəçilər şəkil yükləyərək məişət su təchizatı şirkətinə su sızması haqqında məlumat verə biləcəklər, məişət su təchizatı şirkəti bu bildirişi alanda istifadəçi məlumatlandırılacaq (Azərbaycanda “Azərsu”) və su sızması bərpa edildikdə istifadəçiyə bildiriş göndəriləcək. Eyni zamanda, applikasiyada təmir işlərinin də nəticəsini çəkərək işçi heyətinin gördüyü işi dəyərləndirmək və təşəkkür etmək mümkün olacaq. Bu da işçilərin, eləcə də Azərsunun (məişət su təchizatı şirkətinin) suya qənaət üçün gördükləri işin qiymətləndirilməsinə və ictimaiyyətlə paylaşılmasına kömək edəcəkdir. Applikasiyanı hazırlayan şirkət “Azərsu”, “IDEA” və BMTİP-QEF “Kür II” layihə rəhbərliyi ilə əlaqəli şəkildə işləyəcəkdir.
Kür çayı hövzəsi haqqında məlumat verən Kür Boğçası üçün genişləndirilmiş reallıq
- İstifadəçilərə applikasiyanı istifadə etmək üçün maraqlandırmaq, eləcə də Kür Boğçasını onlarla paylaşmaq üçün (Kür boğçası 3 dildə - Azərbaycan, ingilis və gürcü dillərində mövcuddur)
Kür Boğçasındakı müxtəlif fəaliyyətlər üçün yaş qruplarına uyğun oyunların təşkili
Su dövriyyəsini reallaşdıran oyun – istifadəçilər su damcısını su dövriyyəsinin müxtəlif mərhələrindən keçirir
Suya qənaətlə bağlı üsullar
- Suya qənaət etmək məqsədilə telefonda maksimum 5 dəqiqə vaxt limiti qoymaqla duş üçün musiqili taymer
- Rahatlaşmaq üçün su səsi
- Suya qənaət etmək və suyun keyfiyyətini qorumaq üçün gündəlik və ya həftəlik şəkildə paylaşılan üsullar
- İstifadəçilərin də suya qənaət üsulları paylaşmaq imkanı olacaqdır
İstifadəçilər üçün şirkət tərəfindən hazırlanan videolar
Suya qənaət, su keyfiyyəti, təbiətə əsaslanan həll yolları və s. mövzularda 8 qısa video
- Tullantı suları və içməli su təmizləyici qurğularına 3-D turlar
- Kür çayının seçilmiş ərazilərinə 3-D turu
- Su nasos stansiyalarına 3-D turu
- Sudan səmərəli isifadə texnologiyaları ilə bağlı 3-D turu – damcılı suvarma, aşağı təzyiqli tualetlər, duş başlıqları və s.
- Layihənin kommunikasiya komandası tərəfindən hazırlanan digər videolar
Applikasiya “IDEA” təşkilatının dəstəyi ilə Azərbaycan və ingilis dillərində hazırlanıb test edildikdən sonra Gürcüstanda Birləşmiş Su Təchizatı Şirkətinin istifadəsi üçün gürcü dilinə tərcümə edilərək test ediləcəkdir. Müxtəlif ölkələrdə istifadəyə yararlılıq üçün istifadəçi interfeysinin dilini dəyişmək asan olacaqdır. Azərbaycanda və Gürcüstanda test edildikdən sonra qlobal istifadə üçün paylaşılacaqdır. Göndərilən bildirişləri izləmək üçün istifadəçi statisikası da əlavə ediləcəkdir.
“Kür II” layihəsi barədə ingilis, Azərbaycan və gürcü dillərində məlumat almaq üçün bu keçidlərə baxa bilərsiniz.
[1] Hidro Qəhrəmanlar Suya Qənaət Applikasiyası