26 aprel 2017-ci il tarixində Kür LKO (Layihə koordinasiya ofisi) işçiləri Aİ Milli Su Siyasəti Dialoqunun iclasında iştirak etdilər

26 aprel 2017-ci il tarixində Azərbaycanda Aİ-nin Su Siyasəti Dialoqunun Rəhbər Komitəsinin iclası Bakıdakı Central Park otelində təşkil edilmişdir.
Aİ-nin Milli Su Siyasəti Dialoqunun məqsədi, Aİ Su Təşəbbüsü Plyus layihəsi çərçivəsində 2017 - 2020-ci illərdə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər üçün təklif olunan iş planı layihəsini müzakirə etməkdir.
Bu layihə, faydalananın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi olacağı təqribən eyni icra müddətini (2017-2020) əhatə edən BMTİP QEF Kür II layihəsi ilə eyni vaxtda həyata keçiriləcək. Beləliklə, Aİ Su Təşəbbüsü Plyus və Kür II layihəsi arasındakı əməkdaşlıq fəaliyyətlərinin üst-üstə düşməsinin və ya təkrarlanmasının qarşısını almaq üçün gücləndirildiyi hesab olunur.
Kür II LKO-nun (Layihə koordinasiya ofisi) potensialının gücləndirilməsi üzrə baş koordinatoru, İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi və Azərbaycanın Milli Koordinatoru su sektorundan maraqlı tərəflərin bir çox nümayəndəsinin təmsil olunduğu Avropa İttifaqı Milli Su Siyasəti Dialoqunun Rəhbər Komitəsinin iclasında iştirak etdi.
Görüş zamanı iştirakçılara Kür LKO işçisi tərəfindən Kür II layihəsi haqqında təqdimat edildi.