Azərbaycanda Su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə günü qeyd olundu

5 iyun 2017-ci il Bazar ertəsi günü Bakıda su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans, Azərbaycan Prezidentinin 14 may 2014-cü il tarixli sərəncamı ilə peşə günü elan edilmiş, bu xüsusi günün qeyd edilməsi tədbirləri çərçivəsində "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təşkil edilmişdir.
Tədbirdə "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrləri, həmçinin Azərbaycan Prezidentinin kənd təsərrüfatı siyasəti üzrə köməkçisi, parlament nümayəndələri və digər rəsmi şəxslər çıxış edərək ölkədə su ehtiyatlarının idarəetmə tarixindən və su təsərrüfatından, bu sahədə görkəmli mütəxəssislərin ölkənin inkişafına verdiyi töhfələrdən bəhs etdilər.
Hər iki Səhmdar Cəmiyyətin mütəxəssislərinə karyeralarında qazandıqları peşə nailiyyətlərinə və ölkədə su ehtiyatlarının idarə edilməsinin inkişafındakı xidmətlərinə görə fəxri mükafatlar verildi.