Gürcüstanda Kür çayı Hövzəsində Çirklənmənin Azaldılması Planına dair Məsləhətləşmə İclası

Tbilisi – 23 sentyabr 2020-ci il tarixində, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyada Gürcüstanda Kür çayı hövzəsində çirklənmənin azaldılması planına dair virtual Zoom məsləhətləşmə iclası keçirilib.
İclasa Kür II BMTİP/QEF Layihəsinin baş texniki məslətəhçisi Dr. Meri M. Metyus sədrlik edib. Açılış nitqini BMTİP Ölkə üzrə daimi nümayəndəsinin müavini Anna Çernişova və Kür II BMTİP/QEF Layihəsinin milli koordinatoru Maryam Makarova söyləyib.
Görüşə həm də Tbilisidəki USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), Dünya Bankı, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və Asiya İnkişaf Bankının (ADB) nümayəndələri qatılıb.
Görüşdən öncə, BMTİP-QEF Kür Çayı Layihəsinin komandası Gürcüstanda Kür çayı hövzəsində çirklənməyə səbəb olan əsas sektorları qiymətləndirib və bu sektorda quşçuluq və kəsim məntəqələri olmaqla iki əsas sənaye sahəsini müəyyənləşdirib. Su ehtiyatlarının çirklənmədən qorunması suyun səmərəli idara olunmasının əsas sütunlarından biridir və xüsisilə quraqlıq dövrlərində olduqca vacibdir.
Görüş zamanı qeyd edilib ki, Gürcüstanda Kür çayı hövzəsi boyunca 29 kəsim məntəqəsinə baxış keçirilib. Onların hamısının olduqca kiçik miqyaslı olmasına baxmayaraq, onların ətrafdakı həm səth, həm də yeraltı suların keyfiyyətinə təsiri çox böyükdür. Qan və digər bioloji qalıqlar daxil olmaqla, onların istehsal nəticəsi olan tullantıların çoxu birbaşa su paylama şəbəkələrinə və dolayısıyla sonra Kür çayına axıdılır. Şirkətlərdə təmizləmə və maye tullantıları üçün filtr infrastrukturları mövcud deyil, qan və digər qalıqları ayırmaq üçün sistem yoxdur. Qəssabxanalar və süd məhsullarını istehsal edən şirkətlərin fəaliyyəti hətta milli standartlara cavab vermir. Yerli qaydalar bariz şəkildə pozulur. Bu iki sektor Kür çayı hövzəsindəki suyu çirkləndirən əsas iki sahə hesab edilib. Bununla belə, Su Ehtiyatları haqqında Qanunun, eləcə də Ekoloji Məsuliyyət haqqında Qanunun və gələcəkdə qəbul ediləcək bir sıra digər mexanizmlərin dövlətə ətraf mühit istiqamətində sahibkarlıq fəaliyyətinə nəzarət etmək üçün daha çox mexanizm təklif edəcəyi də qeyd edilib.
Beynəlxalq mütəxəssislər həm keyfiyyət standartlarını və insan sağlamlığı üçün potensial problemləri, həm də biznes fəaliyyəti ətrafında suyun keyfiyyətini yaxşılaşdıracaq ucuz və/və ya tamamilə pulsuz üsulları tövsiyə edib.
Seminarın əsas məruzəçiləri belə qərara gəliblər ki, yeni infrastruktura sərmayə yatırmağa dəyər, bel ki, onların əksəriyyəti bahalı deyil: bəzən onlar tamamilə pulsuz olduqları üçün, sahibkar və tənzimləyici, yəni dövlətin hər ikisinin xoşməramlı olduğu halda, iqtisadi cəhətdən əlverişlidir. Bundan başqa, ISO 14000 standartının sahibkarlıq fəaliyyətlərinin ətraf mühitə mənfi təsirlərini minimuma endirmək üçün tətbiq edilməli olan standart olduğu da deyilib.
Görüş şərh və sual-cavab sessiyası ilə başa çatdırılıb. İclas iştirakçıları yuxarıda qeyd edilən problemlər və onların potensial inkişafı haqqında bir-birini məlumatlandırmaq üçün mütəmadi olaraq əlaqədə olacaqlarını söyləyiblər.