UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Komikslər

15 yan 2021

Azərbaycanda və Gürcüstanda su ehtiyatlarının qorunmasına dair bilikləri artırmaq üçün maarifləndirici yumoristik (komiks) kitablar nəşr edilib.

Bu kitablar üç dildə - Azərbaycan, gürcü və ingilis dillərində buraxılıb və hər birində altı hekayə olmaqla iki nəşrdən ibarətdir.

Yumoristik (komiks) kitablar Tbilisi və Bakı şəhərlərində həm elektron, həm də çap olunmuş şəkildə paylanacaq və insanların şüurunda dərin kök salan sudan həddən artıq istifadə ilə bağlı dəyişiklik yaratmaq məqsədilə mümkün qədər çox oxuyucuya çatdırılacaq.

Kür çayı hövzəsindəki ölkələrdə sudan istifadənin mədəni köklərini nəzərə alaraq, yumoristik (komiks) kitablar,  suyun getdikdə tükəndiyi və yer üzündə daha az insana yetişdiyi müasir dünyada köhnə üsullara qarşı çıxmaqla innovativ metodları və yeni texnologiyaları aşılayıcı və anlaşılan şəkildə insanlara çatdıracaqdır. 

Bu kitablarda, cəlbedici rəsmlərin və sudan dayanıqlı istifadəyə dair mühüm mesajlarla düşündürücü mətnlərin köməyi ilə, bütün yaş qrupları üçün həm məlumatlandırıcı, həm də əyləndirici, eyni zamanda Yer üzündə yaşayan hər bir fərd üçün suyun nə qədər qiymətli və mühüm bir təbii ehtiyat olduğunu aşılayan hekayələr yer alıb.

Əvvəlki illərlə müqayisədə iqlimin tədricən daha quraq olduğu Kür çayı hövzəsində suyun hər damcısı əhəmiyyətlidir. Yumoristik (komiks) kitablarda oxuculara daha çox damcılı suvarma təcrübəsini tətbiq etməyə başlayan fermerlər haqqında danışılacaq, uşaqlara dişləri fırçalayarkən su kranını bağlamaq, bağçılıqda sudan təkrar istifadə aşılanacaq və bu işdə hər bir kəsin rolunun önəmi vurğulanacaq.

Kitablar BMTİP-nin Kür II Layihəsi tərəfindən hazırlanıb və bu təşəbbüsə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycanın Arts Council təşkilatı tərəfindən dəstək göstərilib. Yumoristik (komiks) kitablar silsiləsi Kür çayı hövzəsində sudan dayanıqlı istifadəyə dair maarifləndirmə üçün BMTİP Kür II Layihəsi çərçivəsində həyata keçirilən təşəbbüslərdən biridir.