Kür çayının problemlərinə həsr olunmuş maarifləndirici mühazirə

Aprelin 30-da BMTİP-in dəstəyi ilə Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş sonuncu maarifləndirici mühazirə təşkil edilib.
Mühazirədə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyinin şagirdləri iştirak edib. Təqdimatda uşaqlara suyun rasional istifadəsinin zərurəti haqqında məlumat verilib.
Tədbir BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT, Baku Book Center və "Simurq" uşaq musiqi festivalının birgə əməkdaşlığın nəticəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Tədbirin sonunda Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbinin şagirdləri kiçik konsert proqramı ilə çıxış ediblər.