UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

"Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı keçirilib

03 mar 2021

Martın 3-də Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş növbəti maarifləndirici mühazirə təşkil edilib. Mühazirədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri iştirak edib

Tədbir çərçivəsində "Kür boğçası" tədris vəsaitinin və "Suyu qoruyanlar" komikslər toplusunun təqdimatı keçirilib.

Tədbir BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT, Baku Book Center və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığının nəticəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

Təqdimatda uşaqlara suyun rasional istifadəsinin zərurəti haqqında məlumat verilib. Tədbirin sonunda pianoçu Səidə Tağızadənin rəhbərliyi ilə hər il keçirilən “Simurq” uşaq musiqi festivalının iştirakçıları kiçik konsert proqramı ilə çıxış ediblər.