UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Kür II komandası ilə Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyinin milli əalqələndiricisi arasında görüş

08 iyn 2017

BMTİP / QEF Kür II layihə komandası 6 iyun 2017-ci il tarixində Tbilisidə Gürcüstanın Ətraf mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin Su Resursları şöbəsinin müdiri Marina Makarova ilə görüşdü və bu mövzu ilə bağlı davam edən və gələcək problemləri, Kür çayı hövzəsi boyunca Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsini (SEİİ) transsərhəd razılaşdırılmış fəaliyyətləri və milli planları həyata keçirməyi müzakirə etdi.

Yığıncaq iştirakçıları, ABŞBİA-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Böyümə üçün İdarəetmə (G4G) çərçivəsində hazırlanan Ekoloji Axım Metodologiyasının sadələşdirilmiş versiyasının hazırlanması planları və 2017-ci ilin İyul ayında qarşıdakı görüş, koordinasiya ilə əlaqəli məsələlər kimi müxtəlif sualları, AİST+ və BMTSİT (Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı) Yaşıl Böyümə təşəbbüsü, İyul ayında planlaşdırılan LMQ (Layihə Məsləhət Qrupu) iclası, DÖT (Dövlət özəl Tərəfdaşlığı) namizədlikləri, məsələn QST (Qlobal Su Tərəfdaşlığı) və Gürcüstan Meliorasiya, çayların bərpası ilə bağlı planlar, ÇHİ (Çay Hövzələrinin İdarə Edilməsi) və Potensialın Gücləndirilməsi və İnformasiya Sistemləri və QDS (Qərar Dəstək Sistemləri) tətbiqinə dair beynəlxalq mütəxəssislər üçün istinad şərtləri, milli və kiçik mütəxəssislərə olan ehtiyaclar və digər məsələləri müzakirə etdilər..

İclasda layihələr arasında koordinasiyanın qısa müzakirəsi üçün AİST+ Cənubi Qafqaz regional koordinatoru Zurab Cinçaradze iştirak etdi.