UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Kür II layihə komandası, Azərbaycanda EaP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal Layihəsi üzrə Milli Konfransda iştirak etdi.

25 may 2017

BMTSİT Layihə Qrupunun dəvəti ilə BMTİP - QEF Kür II layihə işçiləri 25 may 2017-ci il tarixində Bakıda EAP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal layihəsi üzrə Milli Konfransda iştirak etdilər. Milli konfrans BMTSİT-nin rəhbərliyi altında Avropa İttifaqının (Aİ), əlavə olaraq Sloveniya Hökuməti və Avstriya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramında Yaşıllaşdırma İqtisadiyyatı" (EaP GREEN) regional layihəsi Səmərəli Resurs və Təmiz İstehsal Nümayiş Komponenti çərçivəsində təşkil edildi.

Layihə, ətraf mühit və insan sağlamlığı üçün riskləri azaltmaqla sənaye istehsalının səmərəliliyini artırmaq məqsədi daşıyan RECP (səmərəli resurs və daha təmiz istehsal) yanaşmasını təşviq etməkdə Azərbaycan daxil EAP (Şərq Tərəfdaşlıq Proqramı) ölkələrini dəstəkləyir. 

Azərbaycanda EaP GREEN RECP (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı səmərəli resurs və daha təmiz istehsal) nümayiş Layihəsinin nəticələri və təcrübələri milli maraqlı tərəflər arasında RECP ( Resource Efficient and Cleaner Production- səmərəli resurs və daha təmiz istehsal) məlumatlılıq və anlayış artırmaq üçün konfransda təqdim edildi.  Əsas problemlər və yaşıl iqtisadiyyata aparan yollar, həmçinin RECP seçimlərinin həyata keçirilməsi üçün donor dəstəyinin cəlb olunması müzakirə edildi. Kür II layihəsinin Potensialın Gücləndirilməsi üzrə baş mütəxəssisi cənab Əhməd Əlsəud konfrans zamanı çıxış edənlərdən birinə sual verdi.

Konfransda iştirak etmək "Mavi Biznes Mükafatları" üçün Dövlət Şəxsi Tərəfdaşlığı üzrə Kür II Layihəsi çərçivəsində digər fəaliyyətlər və potensial olaraq layihənin çirklənməsini azaltma fəaliyyətləri, yeni əlaqələr əldə etmək üçün çox faydalı oldu.

Layihə rəhbərləri müzakirələri davam etdirməyə və mümkün olduqda BMTSİT-nin (Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı)səylərini uğurla davam etdirməyə razı oldular.