UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Kür II Layihəsinin Üzvləri Euronews Georgia Səhər Verilişinin qonaqları olub

05 mar 2021

4 mart tarixində Kür II Layihəsinin üzvləri, Maka Jukalidze və Kaxa Baxtadze, Euronews Georgia Səhər Verilişinin qonağı olublar və sudan səmərəli istifadə üzrə e-təhsil proqramı haqqında danışıblar.

Proqramı gürcü dilində izləmək üçün, Sudan səmərəli istifadə etmək nə deməkdir? keçidindən istifadə edin.

Onlayn təhsil kursu “Transsərhəd razılaşdırılmış fəaliyyətlər və milli planları həyata keçirməklə Kür çayı hövzəsi boyunca inteqrasiya edilmiş Su Resursları İdarəetməsini (IWRM) inkişaf etdirmək” BMTİP-QEF layihəsi çərçivəsində işlənib-hazırlanıb.

Onlayn platforma gürcü, azərbaycan və ingilis dilləri olmaqla üç dildə təqdim edilir. Platformanın məqsədi vətəndaşları su ehtiyatlarından səmərəli istifadənin vacibliyini dərk etmək və öz davranışlarını dəyişdirməyə təşviq etməkdir. Layihə “ Mindworks” konsaltinq şirkətinin dəstəyi ilə “Environment and Development” (ED – Ətraf Mühit və İnkişaf) qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçirilir.

E-təhsil kursu özündə iki əsas kateqoriyanı ehtiva edir: onun bir hissəsi məktəb şagirdləri üçündür, digəri isə ümumi ictimaiyyət kursudur.

Məktəblər üçün kurslur xüsusi olaraq üç yaş qrupu üçün tərtib edilib: III-V siniflər, VI-VII siniflər və IX-XI siniflər. Məktəblilər üçün təhsil kursu beş moduldan ibarətdir: 1) Çay hövzəsi çoğrafiyası; 2) İqlim dəyişikliyi və su; 3) Sudan səmərəli istifadə; 4) Suda həyat və ekologiyada su; və 5) Su keyfiyyətinin qorunması.

Kurs Gürcüstan və Azərbaycan məktəblərində təqdim ediləcək və şagirdlərə məktəblərin tədriskənar proqramlarının bir hissəsi kimi təklif ediləcək. Son illər ərzində Gürcüstanın Qori şəhəri məktəb şagirdlərinə su ehtiyatlarından səmərəli istifadə mövzusunu təqdim edən ilk şəhərlərdən biri olub; tezliklə onlayn kurs Tiflis məktəblərində də təqdim ediləcək.

Ümumi ictimaiyyət üçün olan kurs bir-birindən maraqlı animasiyalı videolardan ibarətdir. Onlar istifadəçilərə su ehtiyatlarının idarə edilməsi haqqında hansı biliklərə sahib olduqlarını dərk etməyə və onların daha yaxşı gələcək üçün məhz bu gün necə hərəkət etməyə başlamalı olduqlarını təsəvvür etməyə yardım edəcəkdir.

Kursun məqsədi maraqlı insanlara su ehtiyatlarının davamlı şəkildə idarə edilməsilə ilə bağlı kritik məsələləri anlamağa kömək etməkdir. Bunlara mövcud problemlər və çətinliklər, gözlənilən nəticələr və risklər, praktik tövsiyələr və konkret həll yolları daxildir.

Su eytiyatlarından istifadə mövzusu ilə maraqlanan hər kəs onlayn kursdan yararlana bilər. Bu kurs xüsusilə fermerlər, yerli hökümət işçiləri və biznes nümayəndələri üçün faydalı ola bilər.

Ümumi ictimaiyyət üçün olan kurs beş moduldan ibarətdir: 1) Su çatışmazlığı həqiqətən mövcuddurmu?; 2) Sudan səmərəli istifadə - kran suyu (bələdiyyə suyu); 3) Sudan səmərəli istifadə - kənd təsərrüfatı üçün su; 4) Suyun keyfiyyəti; və 5) Suyun idarə edilməsində irəliləyişlər. Hər modula bir animasiyalı video və bir qısa test daxildir. Videoların orta uzunluğu 4-6 dəqiqə arasıdır və onlar vacib məsələlərə ümumi baxış təklif edir. Hər test bir neçə sualdan ibarətdir və adətən, bir testi bitirmək üçün 10 dəqiqə kifayət edir.

İstifadəçilər testləri bir neçə dəfə yenidən başlaya bilərlər. Kursu tam başa çatdırmaq üçün 1-1,5 saat vaxt lazımdır.

Davamlılığı qoruyub-saxlamaq üçün, plaftorma həm də, Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit haqqında məlumat və təhsil mərkəzi də daxil olmaqla, rəsmi nazirlik portallarına daxil ediləcək.