UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Kür II LKO komandası Tbilisidə və Bakıda maraqlı tərəflərlə görüşlər keçirir

12 may 2017

Son 2 həftə ərzində BMTİP GEF Kür II LKO Azərbaycanda və Gürcüstanda su sektoru üzrə maraqlı tərəflərin nümayəndələri ilə səmərəli görüşlər keçirdi. Layihənin Baş Texniki Məsləhətçisi xanım Dr. Meri Metyus və Potensialın Gücləndirilməsi üzrə baş mütəxəssis cənab Əhməd Əlsəud Kür II Layihəsinin Tbilisi ofisinin işçiləri ilə birlikdə 2-5 may tarixlərində Tbilisidə baş məsləhətçilər, yüksək səviyyəli qərar qəbul edənlər, o cümlədən nazir müavini ilə bir sıra görüşlər keçirdi.

Tədbirdə Ətraf Mühitin və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Energetika Nazirliyi, Milli Ətraf Mühit Agentliyi, dövlət su təchizatı, suvarma və enerji sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də Gürcüstanda su ilə bağlı layihələr həyata keçirən beynəlxalq təşkilatların əməkdaşları iştirak edir.

Gürcüstandakı məhsuldar bir həftədən sonra LKO, 8 may tarixindən etibarən Azərbaycanda maraqlı tərəflərlə bir sıra görüşləri davam etdirdi. Potensialın Gücləndirilməsi üzrə Baş Mütəxəssis və Azərbaycan üzrə Milli Layihə Koordinatoru, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarına cavabdeh olan aparıcı şöbələrində görüşlər keçirdi. 10 may tarixində Dünya Bankı, Avropa İttifaqı ölkələrinin nümayəndəlikləri və Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə su sektorunda bu qurumlar tərəfindən həyata keçirilən və davam etdirilən layihələrin müzakirəsi ilə faydalı görüşlər keçirilmişdir.  

Maraqlı tərəflərin nümayəndələri iki ölkə üçün fayda verəcək və transsərhəd Kür çayınıın hər iki ölkənin maraqlarına uyğun, su ehtiyatlarının birgə idarə olunmasına töhfə verən Gürcüstan və Azərbaycan arasında su diplomatiyasının möhkəmləndirilməsində xüsusi yeri olan BMTİP - QEF tərəfindən həyata keçirilən belə bir əhəmiyyətli layihənin həyata keçirilməsinin şahidlərindən məmnun olduqlarını bildirdilər.