UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Kür II LKO (Layihə koordinasiya ofisi) komandası "Azərsu" ASC-də səmərəli görüş keçirdi

02 iyn 2017

2 İyun 2017-ci il tarixində cümə günü Kür II LKO, Azərbaycanın əsas su təchizatı operatoru olan "Azərsu" ASC-nin nümayəndələri ilə görüş keçirdi.

Azərsu ASC-nin bir neçə şöbəsinin müdirləri məs. Texniki İstehsalat İdarəsinin müdiri cənab Aydın Abbasov, bu şöbənin aparıcı mühəndisi cənab Maqsud Babayev və mühəndis xanım Elvira Hüseynova, Texnoloji proseslərin və ətraf mühitə nəzarət şöbəsinin müdiri cənab Zahid Qasımov, Su ehtiyatları və magistral boru kəmərləri idarəsinin rəisi cənab Rasim Quliyev, şirkətin nəzdindəki Elmi Tədqiqat İnstitutunun direktoru cənab Dr. Fərda İmanov, Planlaşdırma və keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadır Kəngərli və bu şöbənin mühəndisi cənab Fuad Cavadzadə görüşdə iştirak etdilər.

Kür II layihəsinin BTM (Baş texniki Məsləhətçi) və regional koordinatoru xanım Meri Metyus və layihənin faydalanan təşkilatdakı koordinatoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət sektorunun müdiri cənab Mütəllim Əbdülhəsənov Azərsu ASC nümayəndələrinə Kür II layihəsi haqqında və əvvəlki BMTİP - QEF layihəsində uğurlu əməkdaşlıqdan bəhs etdi. Kür LKO komandasını Azərsu ilə tanış etdi və layihə komandasının, layihənin maraqlı tərəflərindən biri olduğu üçün şirkətə fayda gətirəcək mövcud əməkdaşlıq ənənələrini gücləndirəcəyinə əminliyini bildirdi. Layihənin məqsədi və komponentləri haqqında daha ətraflı məlumat verdi.

Azərsu ASC nümayəndələri, şirkətin əsas maraqlı tərəf kimi gördükləri və layihə çərçivəsində şirkətlə əməkdaşlığa başladıqlarına görə minnətdarlıqlarını bildirdilər. Onlar, Kür II layihə komandasını Bakının Hövsan qəsəbəsində yeni qurulmuş Azərsu Təlim və Potensialın Gücləndirilməsi Mərkəzinə və 84 parametr əsasında suyun laboratoriya analizini apara bilən ən müasir  avadanlıqlarla təchiz edilmiş laboratoriyalara dəvət etdilər.

Hər iki tərəf, layihənin nəticələrindən qarşılıqlı faydalanmaq məqsədi ilə qarşıdakı 3 il ərzində layihənin iş planına uyğun olaraq mütəmadi görüşlər keçirməyə razılıq verdilər.