UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Krtsanisi Parkında Günəş Panellərinin Quraşdırılması

30 okt 2020

Tbilisi, Gürcüstan – 29 oktyabr 2020-ci il tarixində Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyi ilə birgə bir neçə gün öncə II Kür BMTİP-QEF layihəsinin dəstəyi ilə Krtsanisi parkında quraşdırılmış günəş panel sistemini media nümayəndələrinə təqdim edib.

Mərasimdə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, nazir müavini Yuri Nozadze, Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyinin direktoru Revaz Bejaşvili və Kür II BMTİP-QEF layihəsinin milli koordinatoru Maka Julakidze iştirak edib. İştirakçılar cari layihə haqqında ətraflı məlumat mübadiləsi aparıb və gələcəkdə də əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Nazir Davitaşvili Tbilisdə yaşıl sahələrin canlandırılmasının son dərəcə vacib olduğunu və bu cür layihələrin nazirlik tərəfindən hər zaman alqışlandığını vurğulayıb.

100 kVt gücə sahib olan günəş panelı paytaxt Tbilisi və Rustavi şəhərlərinin arasında  yerləşən və Qardabani bələdiyyəsinə məxsus olan Krtsanisi Parkındakı vəziyyəti yaxşılaşdırmağı hədəfləyən layihənin tərkib hissələrindən biridir. Krtsanisi parkı 210 hektarlıq ərazini əhatə edir və son onilliklər ərzində Kür çay yatağından qum və çınqıl çıxarılması park ərazisinə mənfi təsir göstərir.

Günəş elektrik stansiyasınn quraşdırılması Kür II BMTİP-QEF layihəsi tərəfindən maliyyələşdirilir. Yenicə quraşdırılmış günəş paneli park ərazisini ətraf mühitə zərər verməyən enerji mənbəyi ilə təmin edəcək. Panel həm də yaxın gələcəkdə quraşdırılacaq nasos stansiyasını da elektrik enerjisi ilə təchiz edəcək. Nasos stansiyası Kür çayından su götürərək qum və çınqıl çıxarılması nəticəsində Kür çayından ayrılmış 8 qurumuş gölü su ilə dolduracaq. Bunanda başqa, nasos stansiyası həmçinin parkda 50 hekdarlıq meşə ağaclarının suvarması üçün istifadə ediləcək.

Krtsanisi parkınn canlanması planının davamı olaraq, Kür II BMTİP-QEF Kür layihəsi parkda mövcud olan balıqçılıq təsərrüfatını keyfiyyətli su mənbəyi ilə təmin etmək üçün yeraltı suların filtrasiyası üçün hövzə inşa edəcəkdir. Balışçılıq təsərrüfatı bərpa ediləcək və qurumuş göllərin balıq ehtiyatlarını bərpa etmək üçün daha sonra gölə buraxılması məqsədilə balıq istehsalı üçün fəaliyyət göstərəcək.

Bu yeniliklərin ümumi qiymətinin 300,000 ABŞ dolları olacaqı güman edilir və bu miqdar Kür II BMTİP-QEF layihəsi tərəfindən maliyyələşdirilir. Layihənin beynəlxalq mütəxəssislərinin sözlərinə görə, bu müdaxilələrin icrası daşqın meşələrinin bərpası və qorunub-saxlanmasına və mövcud olan qurumuş göllərin ekoloji şəraitlərinin yaxşılaşdırmasına yardım edəcək. Mütəxəssislər müəyyən ediblər ki, bu bərpa müdaxilələri üçün Kür çayından vurulacaq suyun gündəlik həcmi Kür çayının gündəlik miminum axınının yalnız 0.14%-ni təşkil edəcək. Bu da çay ekosisteminə və ya parkın su ehtiyaclarına mənfi təsir göstərməyəcək.