UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Məktəblilər üçün suyun səmərəli istifadəsinə dair növbəti mühazirə

10 mar 2021

BMTİP-QEF Kür layihəsinin dəstəyi ilə uşaqlar üçün Kür çayına həsr olunmuş növbəti mühazirə və viktorina keçirilib

Kür çayı Cənubi Qafqazın ən böyük çayı sayıla bilərmi? Kür və Araz çayları həqiqətən qovuşur? Mingəçevir Su Elektrik Stansiyası Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub hansı çayının üzərində yerləşir? Bu və digər suallara martın 10-da Bakı Kitab Mərkəzində Kür çayının problemlərinə həsr olunmuş növbəti maarifləndirici mühazirə və viktorinanın diqqət mərkəzində idi.

BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığının nəticəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə bu dəfə 132-134 nömrəli Təhsil Kompleksi şagirdləri iştirak edib.