UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Rəqəmsal Təhsil Platforması

18 fev 2021

18 Fevral 2021-ci il tarixində Kür II BMTİP-QEF layihəsi Rəqəmsal Platformanı daha geniş auditoriyaya təqdim etmək üçün virtual zoom görüşü təşkil edilib.

Bakı, 18 Fevral, 2021 – http://water.envdevelopment.org portalında onlayn təhsil platforması üç dildə təqdim olunub: azərbaycan, gürcü və ingilis. Kür II BMTİP-QEF layihəsi bu platformanı daha geniş auditoriyaya təqdim etmək üçün virtual zoom görüşü təşkil edib.

Bu rəqəmsal təhsil platforması Bələdiyyə Sektorunda suyun səmərəli istifadə edilməsinin təşviq edilməsi və məktəb şagirdləri və ümumi əhali arasında Azərbaycan və Gürcüstanda su ehtiyatlarına qənaət edilməsinin vacibliyi haqda agahlığın artırılması üzrə görülən layihə tədbirlərinin bir hissəsidir.

Onlayn platforma Kür II BMTİP-QEF layihəsi, ƏMİ QHT və Mindworks şirkətinin birgə əməkdaşlığı nəticəsində yaradılıb. Platforma Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və IDEA QHT tərəfindən dəstəklənir.

Görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, Təhsil Nazirliyinin nümayəndəsi, BMTİP ölkə nümayəndələri, müvafiq QHT-lər və müxtəlif məktəblərin nümayəndələri iştirak edib. Açılış nitqi zamanı Nazir müavini sudan səmərəli istifadənin Azərbaycanın yeni milli su ehtiyatları planının əsas sütunlarından biri kimi olduqca önəmli olduğunu dilə gətirib və bu cür onlayn platformanın suyun qorunması və ondan səmərəli istifadə ilə bağlı ictimaiyyətin məlumatlılığını artırmaq üçün yaxşı vasitə olacağını vurğulayıb. O, nazirliyə hərtərəfli dəstəyinə görə BMTİP-ə minnətdarlığını bildirib və Kür II layihəsinə uğurlar arzu edib.

Görüşdə nitqlə çıxış edən iştirakçılar onlayn platformanın əsas xüsusiyyətləri haqqında ətraflı məlumat veriblər. Burada beş tematik mövzu ilə əlaqədar müxtəlif animasiyalı videolar və oxu materialları məktəb müəllimləri, tələbələr və ümumi ictimaiyyət olaraq müxtəlif auditoriyalara təklif edilir:

  1. Çay və çay hövzələri nədir
  2. İqlim dəyişikliyi və su
  3. Sudan səmərəli istifadə
  4. Suyun ekosistem xidmətləri: su və həyat
  5. Suyun keyfiyyəti

Bu beş mövzunun siniflərdə necə təqdim ediləcəyi, onlar haqqında tədris materialları hazırlanacağı və şagirlərin maraqlandırılması istiqamətində rəhbərlik rolunu oynamaq üçün müəllimlər üçün xüsusi olaraq onlayn təlim kursları hazırlanıb. Tələbələr üçün olan təlim kursları isə müxtəlif sinif şagirdləri üçün hazırlanıb və hər kursa viktorinalar və sertifikatlar daxildir. Əlavə olaraq, yerli ictimaiyyət üçün kurslar da mövcuddur ki, burada əhali gündəlik olaraq kran suyunun istehlakının azaldılması ilə bağlı əsas bilgi ədə edə bilərlər.

Bu platformada təqdim edilən bütün materiallar ictimaiyyət üçün açıqdır və istənilən şəxs iştirak etdiyi ilə bağlı sertifikat əldə edə bilər.

Layihənin bütün digər komponentləri ilə bağlı əlavə məlumat www.kura-river.org internet səhifəsində üç dildə təqdim edilib.

Media şəxsləri üçün əlaqə:

Kütləvi informasiya vasitələri üçün əlaqə şəxsi

https://kura-river.org/news/online-learning-platform-launch