UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Suyun Səmərəli İstifadəsinə və Kür Çayının Problemlərinə Həsr olunmuş Növbəti Maarifləndirici Mühazirə

12 may 2021

12 May tarixində BMT İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun (QEF) Kür II layihəsi, Arts Council Azerbaijan QHT, Yarat Müasir İncəsənət Məkanının birgə əməkdaşlığında və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə növbəti maarifləndirici mühazirə keçirilib.

Yarat Müasir İncəsənət Məkanında baş tutan tədbir suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuşdur. Təqdimatda uşaqlara suyun səmərəli istifadəsinin zərurəti haqqında məlumat verilib.

145 saylı orta məktəbin şagirdləri tədbirdə iştirak ediblər.