UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

Tezliklə: “Hydro-Heroes”

10 iyl 2020

Vətəndaşların yerli su sızmaları barədə məlumat verməsi üçün mobil tətbiq istifadəyə veriləcək

Bakı, 10 iyul 2020-ci ilBu gün Kür çayı hövzəsinin bütün əsas maraql; tərəfləri üçün “Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirildi.

Bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, İDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır.

Mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və Azərsu'ya birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır.

Mobil tətbiqdə həmçinin təhsil komponenti var – buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir.

Mobil tətbiq, Instagram, Facebook, Twitter, WhatApp kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün “Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim edəcəkdir.

Mobil tətbiqin tamamlanmış beta versiyasının 2020-ci il avqust ayının sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir.

Su çatışmazlığı qlobal problemdir. İnsanlar kömək etmək istəyir, amma nə etməli olduqlarını bilmirlər. Şəhərlərdəki su sızmaları qiymətli şirin su ehtiyatlarının böyük ölçüdə tükənməsinə səbəb olur. Su sızmaları haqqında məlumatın daha sürətli şəkildə bildirilməsi və bu problemin ən tez zamanda aradan qaldırılması ilə suya daha çox qənaət edilə bilər. Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcəkdir.

Ətraflı məlumat üçün daxil olun: https://kura-river.org/az/events/regional/hydro-heroes-su-qhrmanlar

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.