UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

UŞAQLAR ÜÇÜN SU MÖVZUSUNDA BEYNƏLXALQ INCƏSƏNƏT MÜSABIQƏSI

15 apr 2020

BMTİP-QEF Kür II Layihəsi, Sizi 5 May 2020 tarixində layihənin sosial media hesablarında onlayn olaraq keçiriləcək Kür Layihəsi - Dünya Günü İncəsənət Müsabiqəsində iştirak etməyə dəvət edir. Son müraciət tarixi: 26 aprel 2020-ci il

BMTİP-QEF Kür II Layihəsi, Sizi 5 May 2020 tarixində layihənin sosial media hesablarında onlayn olaraq keçiriləcək Kür Layihəsi - Dünya Günü İncəsənət Müsabiqəsində iştirak etməyə dəvət edir.

Müsabiqə haqqında bütün məlumat və şərtlər aşağıdakı kimidir. Yeniliklər üçün bizi izləyin.

BMTİP-QEF Kür II layihəsi haqqında layihənin veb saytından www.kura-river.org ətraflı məlumat əldə edə bilərsiz. İştirakçılara “Kür Boğçası” Tədris vəsaitini https://kura-river.org/library/kura-box-dd8a göstərilmiş linkdən yükləmək və oxumaq, öz əsərlərini təqdim olunmuş mövzulara və ya digər su ilə bağlı vacib hesab etdikləri məsələlərə əsaslandırmaları tövsiyə olunur. 

Dəstək verən qurumlar:

  • Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Gürcüstan Ətraf Mühitin Mühafizəsi Nazirliyi
  • BMTİP Azərbaycan ofisi
  • BMTİP Gürcüstan ofisi
  • "Ətraf mühit və inkişaf" QHT
  • Arts Council of Azerbaijan

Münsiflər Heyəti:

  • Dr. Vladimir Mamayev, BMTİP / QEF Regional Qrup Rəhbəri və Regional Texniki Məsləhətçi
  • Dr. Meri Metyuz, Baş Texniki Məsləhətçi;
  • Xanım  Maryam Makarova, Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi, Su Resursları İdarəsinin Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Departamentinin müdiri
  • Xanım Səyyarə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri
  • Cənab Nazim Məmmədov, “NAMA Layihəsi” üzrə Layihə Meneceri
  • Cənab Kaxaber Baxtadze, "Ətraf mühit və inkişaf" QHT-nin təsisçisi və İdarə Heyətinin üzvü (ED)
  • Cənab Dadaş Məmmədov, “Arts Council Azerbaijan” QHT-ninrəhbəri

Müsabiqədə necə iştirak etmək olar:

  • Mövzuya uyğun rəsm əsəri hazırlayırsınız. Bu rəsm əsəri sizə aid olmalıdır.
  • Rəsm əsəri  əvvəl heç bir kitab və ya veb saytda nəşr olunmamalıdır.
  • Rəsm əsərinin aydın şəklini çəkin və ya skan edin.
  • Rəsm əsərini sona.guliyeva@undp.org email ünvanına göndərin
  • Əsərə ad verin; emailə müəlllifin adı/soyadı; yaşı; cinsi; poçt ünvanı; ölkəsi; emaili; telefon və ya faks nömrəsini,  (siniflər, klublar, qruplar, təhsil müəssisələri  üçün) məktəbin adı və ünvanı, müəllimin ad/soyadını daxil edin.
  • Hər iştirakçı müsabiqədə yalnız bir rəsm əsəri ilə iştirak edə bilər.

İncəsənət müsabiqəsinə müraciət üçün üçün şərtlər və qaydalar

İştirakçılar: uşaq incəsənət məktəbləri, təsviri sənət mərkəzləri, incəsənət məktəbləri, incəsənət klublarının tələbələri və həvəskar iştirakçılar.

Yaş həddi: Müsabiqə bütün ölkələrdən 6-17 yaş arası uşaqların iştirakı  üçün açıqdır.

Mövzular

  • Su;
  • Suyun mühafizəsi;
  • Suyun çirklənməsi;
  • Həyatımızda su ;
  • Su dövranı;
  • Su və iqlim dəyişikliyi;
  • Su ilə əlaqəli digər mövzular;

Göndəriləcək rəsm əsərinin formatı və  ölçüləri

  • Qrafik incəsənət
  • Rəsm əsəri (sulu boya, yağlı boya, akril boya)

Ölçülər: A3 = 29,7 x 42 santimetr (11,69 x 16,53 düym) və ya daha kiçik

Hüquqi tərəf

  • İştirakçılar təqdim olunan sənət əsərləri üzərində bütün müəllif hüquqlarını, əmtəə nişanı və digər əqli mülkiyyət hüquqlarını müsabiqə təşkilatçılarına həvalə edirlər
  • Qaliblər münsiflər heyəti tərəfindən 3 yaş qrupuna uyğun seçiləcək: 6-9; 10-12; 13-15
  • 16-17 yaş qrupunda isə hər yaş üzrə bir qalib seçiləcək.
  • Qalib gələn sənət əsərləri uşaqların yaradıcılığını təbliğ edən proqramlarda nümayiş oluna bilər.
  • Öz əsərini təqdim edərkən, hər bir iştirakçı və onun valideyni / qanuni qəyyumu aşağıdakılarla razılaşırlar: rəsmi qaydaları oxuyub başa düşüblər və bu qaydaları pozmayacaqlar; qanunla icazə verildiyi hallarda Təşkilat Komitəsi tərəfindən reklam və təbliğat məqsədləri üçün iştirakçının adı, şəkli və / və ya bioqrafik məlumatlarının əlavə razılıq, kompensasiya və ya heç bir təsdiq olmadan istifadəsinə razıdırlar.

Bütün rəsm əsərləri 26 aprel, 2020-ci ilə kimi təqdim edilməlidir. İncəsənət müsabiqəsinin nəticələrinə gəldikdə isə qaliblərə mükafat və diplomlar 2020-ci ilin may ayında təqdim ediləcəkdir. Sərginin açılışı isə onlayn şəkildə www.kura-river.org vebsəhifəsində 5 may, 2020-ci ildə baş tutacaq.

Mükafatlar:

  • Qalib gələnlər üçün diplom
  • İştirak üçün diplom
  • Layihənin sosial-media hesablarında təbliğat

Layihə ilə bağlı əlaqə üçün:

Xanım Sona Quliyeva

Kommunikasiya üzrə Regional Menecer

sona.guliyeva@undp.org

skype: sona.guliyeva

www.kura-river.org

Qlobal Ətraf Mühid Fondu (QEF) (www.thegef.org) 183 üzv dövləti özündə birləşdirir və qlobal ekoloji problemləri həll etmək üçün beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorla birgə əməkdaşlıq edir. Maliyyə cəhətdən müstəqil olan QEF təşkilatı biomüxtəliflik, iqlim dəyişikliyi, beynəlxalq sular, torpaq erroziyası, ozon qatı və davamlı üzvi tullantılarla əlaqəli layihələrə maliyyə yardımı ayırır. 1991-ci ildən bəri, QEF inkişaf etməkdə olan 165 ölkədə həyata keçirilən 3,690 layihənin birgə maliyyələşdirilməsi üçün 12.5 milyard dollar maliyyə yardımı ayırmış və 58 milyard dollar gəlir əldə etmişdir.

Az büdcəli qrant proqramı vasitəsilə (SGP) QEF vətəndaş cəmiyyəti və icmaya xidmət edən təşkilatlara ümumilikdə 1 milyard dollar olmaqla 20,000 qrant ayırmışdır.

QEF Beynəlxalq Sular (IW) birgə çay hövzələri, göllər, yeraltı sular və böyük su altı ekosistemlər kimi transsərhəd su sistemləri ilə məşğul olur. Beynəlxalq sular indiyə kimi 242 layihəyə maliyyə köməyi etmişdir və 149 müxtəlif ölkə üçün ayrılan QEF qrantlarının 1.4 milyardı da bu təşkilatın payına düşür. Bu sərmayə təşkilata 8.4 milyard gəlir gətirmişdir.

BMTİP–QEF Kür II Layihəsi: “transsərhəd çərçivədə təsdiq olunmuş fəaliyyətlər və milli planların həyata keçirilməsi vasitəsilə Kür çayı hövzəsində Su ehtiyatlarının İnteqrasiyalı idarə olunmasının (SEİİ) Genişləndirilməsi” üçün  Gürcüstan və Azərbaycan hökumətlərinin əməkdaşlığı ilə Kür çayı hövzəsi üçün Strateji Fəaliyyət Planını həyata keçirir. Strateji Fəaliyyət Planı Ekosistemin Keyfiyyəti üçün razılaşdırılmış 4 məqsəd əsasında qurulub:

•          Suya əlçatanlığı təmin etmək və ekosistem xidmətlərini qorumaq üçün su ehtiyatlarından dayanıqlı istifadəni təmin etmək;

•          İndiki və gələcək nəsillərin suya əlçatanlığını təmin etmək və Kür çayı hövzəsində ekosistem funksiyalarının dayanıqlılığını təmin etmək üçün suyun keyfiyyətinə nail olmaq;

•          Kür çayı hövzəsində dayanıqlı ekoloji və sosial-iqtisadi xidmətlər göstərən ekosistem vəziyyətinə nail olmaq və onu qorumaq;

•          Daşqın və iqlim dəyişikliyinin infrastrukturlara, qonşu ekosistemlərə və icmalara mənfi təsirlərinin azaldılmasına nail olmaq.

QEF bu məqsədlərə yönəlmiş prioritet fəaliyyətlərə dəstək verəcəkdir. QEF tərəfindən maliyyələşdirilən  və Strateji Fəaliyyət Planının (SFP) icra olunduğu Layihənin məqsədi "SFP-da razılaşdırılmış tədbirlərin həyata keçirilməsi yolu ilə su-enerji-ərzaq-ekosistem təhlükəsizliyinin əlaqəsini təmin etmək üçün Kür çayı hövzəsində su ehtiyatlarının idarə edilməsininin inteqrasiya olunması"dır.

Bu məqsədə çatmaq üçün hə iki ölkəni dəstəkləyəcək beş komponent olacaq. Bunlar isə aşağıdaki kimidir:• Layihə komponenti 1: Kür çayı hövzəsində lokal, milli və regional səviyyədə sektorlar arası Su Ehtiyatlarının İnteqrasiyalı İdarəedilməsi (SEİİ) üzrə effektiv idarəetmə protokollarının hazırlanması;• Layihə komponenti 2: Kür çayı hövzəsində çox sektorlu SEİİ-ni həyata keçirmək üçün milli səviyyədə imkanların artırılması;• Layihə komponenti 3: Hövzənin problemli sahələrində ekoloji gərginliyin azaldılması və çay sisteminin vəziyyətinin yaxşılaşdırılması üzrə investisiya imkanlarını müəyyən etmək üçün texniki iqtisadi əsaslandırmanın hazırlanması;

• Layihə Komponenti 4: Strateji Fəaliyyət Planının (SFP) icrasını dəstəkləmək məqsədilə lokal, milli, regional fəaliyyətlərin həyata keçirilməsində maraqlı tərəfləri məqsədyönlü təlimlərə və layihəyə cəlb etməklə onların potensialının gücləndirilməsi;

•Layihə komponenti 5: Monitorinq, məlumatların idarə olunması və SEİİ üçün məlumat analiz sistemini gücləndirməklə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi.