Vebinar - Kür çayında suyun çirklənməsinin azaldılması üçün sənaye müəssisələrinə dəstək - Gürcüstan

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 23 sentyabr, saat 10:30-da 2 saatlıq vebinar baş tutacaqdır. Vebinarın məqsədi ekoloji göstəricilərini yaxşılaşdırmaq istəyən sənaye müəssisələrindən birinin texniki-iqtisadi əsaslandırılması üçün ekoloji dəyərləndirmə və xərc-fayda araşdırmaların nəticələrini təqdim etməkdir.
Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması səmərəli su idarəçiliyinin əsas istiqamətlərindən biridir və bu proses, quraqlıq olan vaxtlarda xüsusilə vacibdir. BMTİP-QEF Kür II layihəsi Gürcüstanda Kür çayı hövzəsində əsas çirkləndirici sahələri araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, çayı əsas çirkləndirən sahələr quşçuluq emalı və qəssabxanalardır. Yerli və beynəlxalq ekspertlər tərəfindən bu iki sahə üçün ekoloji dəyərləndirmə planı, eləcə də çirklənmənin azaldılması üçün təlimat kitabçası hazırlanmışdır.
Layihə həm də ekoloji göstəricilərini yaxşılaşdırmaq istəyən sənaye müəssisələrindən birinin texniki-iqtisadi əsaslandırılması üçün ekoloji dəyərləndirmə və xərc-fayda təhlili hazırlamışdır.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 23 sentyabr, saat 10:30-da 2 saatlıq vebinar baş tutacaqdır. Vebinarın məqsədi bu araşdırmaların nəticələrini təqdim etməkdir. İştirakçılar arasında maliyyə agentlikləri və ətraf mühitin yaxşılaşdırılması üçün dövlət və özəl sektor arasında əməkdaşlıq qurmaqda maraqlı olan digər sənaye müəssisələrinin nümayəndələri olacaqdır.
Bu seminar iştirakçılara müəssisələr üçün ətraf mühit göstəricilərini necə yaxşılaşdırmaq və ətraf mühitlə bağlı milli qanunvericiliyi öyrənmək üçün imkan yaradacaqdır. Seminar həm də maliyyə agentliklərinə Gürcüstanın dayanıqlı inkişafına maraqlı olan tərəfdaşları müəyyənləşdirməyə kömək edəcəkdir.
Tədbirə qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Maka.Julaqidze@undp.org emaili ilə əlaqə saxlaya bilərsiniz.