06 iyn 2017
Azərbaycanda Su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə günü qeyd olundu
5 iyun 2017-ci il Bazar ertəsi günü Bakıda su təsərrüfatı və meliorasiya mütəxəssislərinin peşə gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans, Azərbaycan Prezidentinin 14 may 2014-cü il tarixli sərəncamı ilə peşə günü elan edilmiş, bu xüsusi günün qeyd edilməsi tədbirləri çərçivəsində "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təşkil edilmişdir.
02 iyn 2017
Kür II LKO (Layihə koordinasiya ofisi) komandası "Azərsu" ASC-də səmərəli görüş keçirdi
2 İyun 2017-ci il tarixində cümə günü Kür II LKO, Azərbaycanın əsas su təchizatı operatoru olan "Azərsu" ASC-nin nümayəndələri ilə görüş keçirdi.
25 may 2017
Kür II layihə komandası, Azərbaycanda EaP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal Layihəsi üzrə Milli Konfransda iştirak etdi.
BMTSİT Layihə Qrupunun dəvəti ilə BMTİP - QEF Kür II layihə işçiləri 25 may 2017-ci il tarixində Bakıda EAP GREEN (Şərq Tərəfdaşlıq Proqramında Yaşıllaşdırma İqtisadiyyatı) Səmərəli Resurs və Təmiz İstehsal layihəsi üzrə Milli Konfransda iştirak etdilər. Milli konfrans BMTSİT-nin rəhbərliyi altında Avropa İttifaqının (Aİ), əlavə olaraq Sloveniya Hökuməti və Avstriya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramında Yaşıllaşdırma İqtisadiyyatı" (EaP GREEN) regional layihəsi Səmərəli Resurs və Təmiz İstehsal Nümayiş Komponenti çərçivəsində təşkil edildi.
12 may 2017
Kür II LKO komandası Tbilisidə və Bakıda maraqlı tərəflərlə görüşlər keçirir
Son 2 həftə ərzində BMTİP GEF Kür II LKO Azərbaycanda və Gürcüstanda su sektoru üzrə maraqlı tərəflərin nümayəndələri ilə səmərəli görüşlər keçirdi. Layihənin Baş Texniki Məsləhətçisi xanım Dr. Meri Metyus və Potensialın Gücləndirilməsi üzrə baş mütəxəssis cənab Əhməd Əlsəud Kür II Layihəsinin Tbilisi ofisinin işçiləri ilə birlikdə 2-5 may tarixlərində Tbilisidə baş məsləhətçilər, yüksək səviyyəli qərar qəbul edənlər, o cümlədən nazir müavini ilə bir sıra görüşlər keçirdi.
26 apr 2017
26 aprel 2017-ci il tarixində Kür LKO (Layihə koordinasiya ofisi) işçiləri Aİ Milli Su Siyasəti Dialoqunun iclasında iştirak etdilər
26 aprel 2017-ci il tarixində Azərbaycanda Aİ-nin Su Siyasəti Dialoqunun Rəhbər Komitəsinin iclası Bakıdakı Central Park otelində təşkil edilmişdir.
25 apr 2017
Kür II LKO işçiləri Bakıdakı BMHK-nin (Bio müxtəliflik haqqında Konvensiya) Regional Seminarında iştirak etdilər
25-29 aprel 2017-ci il tarixlərində Bakıda Qara dəniz və Xəzər dənizi bölgəsində ekoloji və ya bioloji cəhətdən əhəmiyyətli dəniz ərazilərinin (EBSAs) xarakteristikasını asanlaşdırmaq üçün Bio müxtəliflik haqqında Konvensiyaya dair BMTƏMP-nin (Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı) regional seminarı keçirilirdi.
21 apr 2017
Kür II LKO ofisinin və SEİİ Tədris Mərkəzinin möhtəşəm açılış mərasimi
Su Ehtiyatlarının İdarə edilməsi Təlim Mərkəzi, BMTİP - QEF Kür II layihəsi çərçivəsində, bölgədə suyun idarə edilməsi üçün potensialın gücləndirilməsi və insan resurslarının inkişafı yolu ilə layihənin davamlılığını təmin etmək məqsədi ilə yaradılmışdır.
20 apr 2017
Gürcüstan və Azərbaycan çayları bölüşür və su ilə zəngin bir gələcək üçün planlar qurur
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6-7 aprel 2017-ci il tarixlərində Bakıdakı möhtəşəm Nazirlər Konfransı salonunda "BMTİP - QEF Kür II Layihəsi: Kür çayı hövzəsi boyunca SEİİ-in tətbiqi" regional təşəbbüs seminarını keçirdi.