UNDP-GEF Kura II: Advancing IWRM Across the Kura River Basin

2021-ci il, fevral-mart ayları üçün Baş Texniki Məsləhətçinin aylıq qeydləri

BMT İP-QEF Kür II Layihəsinin 2021-ci ilin fevral ayında həyata keçirdiyi fəaliyyətlər, eləcə də 2021-ci ilin mart ayı üçün görüləcək işlərin planı ilə bu yazıdan tanış ola bilərsiniz.

2021-ci ilin fevral ayında aşağıda qeyd olunan fəaliyyətlər həyata keçirilmişdir:

  • Hər iki ölkədə ekoloji axım metodologiyasını tətbiq etmək üçün yekun nəticələri və yol xəritəsini təqdim etmək üçün iki onlayn seminarın təşkili;
  • Ekoloji axım metodologiyasının nəticələrinə dair yekun hesabatın Azərbaycan və gürcü dillərinə tərcüməsi;
  • Azərbaycanda Bala Hacıqabul gölündə qurulmuş suni bataqlıq ərazinin giriş və çıxışından su nümunəsinin götürülməsi və təhlili;
  • Bala Hacıqabul gölündə qurulmuş suni bataqlıq ərazinin ekoloji vəziyyətə təsiri barədə yekun hesabatın təqdim edilməsi;
  • SEİİ Akademiyasına daxil 7 təlim modulunun dublyaj videolarını hazırlanmasının Gürcüstanda da yekunlaşdırılması;
  • Azərbaycanda Akvaponika sistemi üçün lazım olan istilik sisteminin alınması;
  • Layihənin həm Azərbaycanda, həm də Gürcüstanda sudan səmərəli istifadəsi göstəricilərinin hidroloji təsirləri barədə hesabatın yekunlaşdırılması;
  • “Hydro Heroes” mobil tətbiqinin beta versiyasının ETSN-a təqdimatı;
  • Hər iki ölkədə, məktəblər və ümumi ictimaiyyətdə sudan səmərəli istifadə barədə məlumatlılığın artırılması üçün hazırlanmış E-Tədris portalını təqdim etmək üçün iki onlayn seminarın təşkili;
  • Azərbaycanda Şəmkirçay çayında hidroloji modelləşdirmənin tətbiqi üzrə 2 günlük onlayn təlim kursunun yekunlaşdırılması;
  • Qonaqpərvərlik sektorunda sudan səmərəli istifadə ilə əlaqədar dövlət özəl tərəfdaşlığı təşəbbüsü olaraq H2Otel Mükafatlarına dair məqalənin dərc edilməsi;
  • Layihə büdcəsi üçün QEF və BMTİP İRH-dən təsdiq alınması;
  • BMT-nin yeni könüllü DİM Akselariya Fəaliyyətinə Kür II layihə təşəbbüslərinin qeydiyyatdan keçirilməsi;
  • Kür Boğçası mövzulu afişa və broşuraların Gürcüstanda çapı və paylaşılması;
  • Hər iki ölkədə təbliğat təşviqat kampaniyasına başlanması.
  • Bakı Kitab Mərkəzində məktəbşagirdləri üçün sudan səmərəli istifadə mövzusunda təbliğat təşviqat kampaniyasının və Kür Boğçası və Komiks kitablarının şagidlərə paylanmasının təşkili;
  • Hər iki ölkədə layihənin Komiks kitablarının tanıdılmasına başlanması;
  • Gürcüstanda üç ərazidə yeraltı suların monitorinq sistemlərinin quraşdırılması üçün sahə işlərinin yekunlaşdırılması;
  • Krtsanisi Parkındakı Axmaz gölləri qidalandırmaq üçün su quyusu üçün tikinti işlərinə başlamaq
  • GEF IW:LEARN üçün 2 Təcrübə Qeydinin - biri Bala Hacıqabul gölündən inşa edilmiş süni bataqlığın çirkab sularının gölə getmədən əvvəl təmizlənməsinə təsiri, digəri isə Azərbaycan və Gürcüstanda ekoloji axımın qiymətləndirilməsinə holistik metodologiyanın tətbiqi barədə təqdim edilməsi

2021-ci ilin mart ayında aşağıdak qeyd olunan fəaliyyətlərin həyata keçirilməsi gözlənilir:

  • Layihənin Çıxış Strategiyasının hər iki ölkədəki Əlaqələndirici Şəxsə təqdim edilməsi
  • Layihənin yekun qiymətləndirilməsi üçün Terminal Qiymətləndicinin işə götürülməsi
  • Şirvanda, Bala Hacıqabul gölündə inşa edilmiş Süni Bataqlıq nümayiş layihəsinin rəsmi açılışı
  • Akvaponika sistemi Bakıya çatdırılması və quraşdırılması
  • Hər iki ölkədə kənd təsərrüfatında sudan səmərəli istifadə üzrə həyata keçirilmiş nümayiş layihəsinin yekun təqdimatı
  • Azərbaycanda Yeraltı Suların Onlayn Monitorinqi Sisteminin quraşdırılması üçün işlərin başlanması
  • Gürcüstanda, Milli Ətraf Mühit Agentliyinin (NEA) Hidrogeologiya departmanetinin Yeraltı Suların Onlayn Monitorinqi Sistemindən məlumat alması üçün quraşdırma işləri tamamlanması
  • Gürcüstanda hidro-bioloji monitorinq üzrə 3 mütəxəssisinin işə qəbul prosesinin yekunlaşdırılması
  • Gürcüstanda NEA tərəfindən Kür çayında hidro-bioloji göstəricilər üçün nümunələrin toplanması və laboratoriya təhlili üçün sahə səfərinin təşkili
  • Gürcüstanda, Krtsanisi parkında Axmaz göllər və 50 ha subasar meşəni qidalandırmaq üçün Kür çayında gabionların və əsas su quyusunun tikintisi
  • Azərbaycanda "HydroHeroes" Mobil tətbiqinin təqdimat mərasimi təşkili
  • Su Ehtiyatlarının İdarəedilməsi üzrə Beynəlxalq Ekspertin işə götürülməsi
  • Hər iki ölkədə Kür Boğçası əsasında hazırlanan müxtəlif mövzulara aid afişaların hazırlanması
  • SEİİ Akademiyası təlim materiallarının 3 dildə digital platformaya yerləşdirilməsi
  • Hidroloji modelləşdirmənin nəticələrinə dair yekun hesabat Azərbaycan və gürcü dillərinə tərcümə edilməsi
  • Ekoloji Axımı qiymətləndirmək üçün holistik metodologiyanın tətbiqi ilə bağlı hər iki ölkədəki işləri əks etdirən videonun yekunlaşdırılması
  • Layihənin təbliğat təşviqat kampaniyası çərçivəsində Bakı Kitab Mərkəzində maarifləndirmə sessiyaları davam etdirilməsi
  • ETSN, Azərbaycan və ƏMMKTN, Gürcüstanın xahişi ilə maarifləndirmə videolarının hazırlanması
  • Kür 2 layihəsinin “Sudan səmərəli istifadə” (http://water.envdevelopment.org/az/əsas-səhifə/) üzrə hazırladığı onlayn platfroma barədə Gürcüstan “Euronews” kanalına müsahibə