Həcər Hüseynova- Regional Layihə Analitiki
Həcərin “Su-enerji əlaqəsi və Azərbaycanda Su resurslarının inteqrasiyalı idarə edilməsinin tərkib hissəsi kimi transsərhəd su idarəedilməsi” haqqında siyasi tədqiqati Konrad-Adenauer-Stiftung tərəfindən nəşr edilmişdir. O, eyni zamanda NUPI və GIZ ilə də məsləhətçi və tədqiqatçı kimi əməkdaşlıq etmişdir. O, İnkişaf Planlaması təlimlərində Ekosistem Xidmətlərinin İnteqrasiyası üzrə təlimçidir. Eyni zamanda Həcər ADA və Qərbi Kaspi Universitetlərindən olan kiçik mütəxəssislərə və orta ixtisas peşəkarlarına ekosistem xidmətlərinin əhəmiyyəti və onların qərar vermə prosesinə necə inteqrasiya olunması haqqında təlimlər keçmişdir.
Həcər Layihə Koordinasiya Qrupunun Bakı ofisində çalışır. E-mail: hajar.huseynova@undp.org