Əhməd Abou Elseoud Əhməd - Bacarıqların İnkişaf Etdirilməsi Üzrə Layihənin Aparıcı Koordinatoru

Əhmədin Misir, Ermənistan, Azərbaycan və Gürcüstanda Aİ Su Çərçivə Direktivi üzrə biomonitorinq və ekoloji axımın monitorinqinə nəzarət də daxil olmaqla su idarəetməsinin kompyuter modelləşdirilməsi, informasiya sistemləri, qərar dəstəyi sistemləri və ətraf mühitin keyfiyyətinin monitorinqi və analizi sahəsində geniş təcrübəsi var. O, BMTİP-QEF Kür-Araz layihəsinin əvvəlki mərhələsində aparıcı biomonitorinq eksperti kimi çalışmışdır. O, Misir Su Resursları və İrriqasiya Nazirliyində su resurslarının planlaşdırıcısı kimi 15 il çalışıb və daha sonra Ekologiya Nazirliyinə keçərək burada Ətraf Mühitin Keyfiyyəti üzrə Mərkəzi Şöbədə Katibin Birinci Müavini vəzifəsinə yüksəlmişdir. O, hal-hazırda Kür II layihəsində çalışdığı üçün Misirin Ətraf Mühit Məsələləri üzrə Agentliyindəki Baş İcraçı Direktor vəzifəsindən məzuniyyətdədir.
Əhməd Layihə Koordinasiya Qrupunun Bakı Ofisində çalışır. E-mail: ahmed.elseoud@undp.org